Hadisə 

Müğənni Xatunun pulunu alıb təhdid etdilər

Müğənni Xatun Əliyeva dələduzluqla qarşılaşıb.  Bu haqda müğənni öz sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, onlayn səhifədən ev üçün əşyalar sifariş edib, pulu ödəsə də, əşyalar çatdırılmayıb: “Biz də adi insanlar kimi bu səhifədən evə dekor sifariş etdik. Beh ödədik. Demək olar ki, məhsulun qiymətinin 50 faizini ödədik. İndi nə malı təhvil verirlər, nə də əlaqə yaradırlar. Ehtiyatlı olun, bu səhifə insanları aldadıb, pul alıb yoxa çıxır. Bu səhifədən heç nə sifariş etməyin”. Xatun daha sonra səhifədən ona yazılan təhdid mesajını yayımlayıb. Qarşı tərəf mesajda “İndi də sən…

Read More
Hadisə 

TƏCİLİ!!! Azərbaycanda iri zavodda YANĞIN – FOTOYENİLƏNİB

Tovuzda zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Məlumata görə, Tovuz rayonunun Qovlar şəhərindəki keçmiş şərab zavodunun ərazisində yerləşən tikililərdən birində baş vermiş yanğın artıq söndürülüb. Bildirilib ki, Tovuz rayonu, Qovlar şəhərində zavodda baş vermiş yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək. *** 09:55 Tovuz rayonunun Qovlar şəhərindəkı şərab zavodunda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar…

Read More
Hadisə 

Orxan Əkbərovun qardaşı qəfil vəfat etdi – Bu gün Mübariz İbrahimovun atasının dəfnində olub

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə ağır itki üz verib. “Qafqazinfo” xəbər verir ki, şəhidin qardaşı Elnur Əkbərov dünyasını dəyişib. Bu gün axşam saatlarında onun halı qəfil pisləşib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, 38 yaşlı şəhid qardaşı ürəktutmadan vəfat edib. Mərhum bu gün rəhmətə gedən həmyerlisi, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun dəfn mərasimində olub. Vətən Müharibəsi Qəhrəmanı O.Əkbərovun digər qardaşı Taleh Əkbərov isə bu ilin mayında dünyasını dəyişmişdi. Qeyd edək ki, Orxan Əkbərov 2020-ci ilin…

Read More
Hadisə 

Sabunçuda avtomobil qadını vuraraq ÖLDÜRDÜ

Bakı şəhəri, Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Səxavət Məmmədzadə idarə etdiyi avtomobillə yolu keçən Məxmirə Rüstəmovanı vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.//Report

Read More
Hadisə 

Bakıda 2 yaşlı uşaq qəfil öldü

Bakıda azyaşlı qız qəfil vəfat edib. “Qafqazinfo” xəbər verir ki, hadisə dünən Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib. Saat 09 radələrində 2022-ci il təvəllüdlü L.Manafova yaşadığı Hövsan qəsəbəsindəki evdə olarkən halı pisləşib və dünyasını dəyişib. Hadisənin səbəbi hələlik məlum deyil. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

Müəllimin öldüyü qəzaya görə sevgilisi həbs edildi

Bu ilin fevralında İsmayıllıda 34 yaşlı Nigar Bayramovanın ölümü ilə nəticələnən yol qəzasının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. ARANTV.AZ qafqazinfo.az-a istinadən xəbər verir ki, N.Bayramovanın olduğu avtomobili idarə edən 1993-cü il təvəllüdlü Elçin Əliyev cinayət işi üzrə təqsirləndirilib. Məlum olub ki, həyatını itirən 1985-ci il təvəllüdlü Nigar Bayramova Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi olub. O, Elçinlə sevgili imiş və birgə Zaqataladan Elçinin yaşadığı İsmayıllı şəhərinə gəliblər. Hadisə də bundan sonra baş verib. Belə ki, Elçin avtomobillə Xanəgah kəndi ərazisində yolun əks-hərəkət istiqamətinə çıxıb…

Read More
Hadisə 

Dönərdən daha bir kütləvi zəhərlənmə – 18 nəfər xəstəxanalıq olduYENİLƏNİB

Tovuz rayonunda 18 nəfərin qidadan zəhərlənməsi ehtimal edilir. Baş Prokurorluğun mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, oktyabrın 15-də Tovuzdakı bir iaşə obyektindən alınan dönərdən zəhərlənmə şübhəsi ilə Rayon Mərkəzi Xəstəxanasına müraciət edilib. Araşdırmalar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə birgə aparılır, həmin obyektin qidalarından nümunələr götürülüb və müvafiq ekspertizalar həyata keçirilir. Eyni zamanda, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, oktyabrın 14-15-də 21 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Onlara tibbi xidmət göstərilib, hazırda 7 nəfərin müalicəsi davam edir, vəziyyətləri qənaətbəxşdir. Digər şəxslər ambulator müalicə üçün…

Read More
Hadisə 

Dövlət Komissiyası: Azərbaycana gətirilən narkotik vasitələrin 95%-dən çoxu İrandan keçirilib

Azərbaycana xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95%-dən çoxu İrandan ərazisindən qaçaqmalçılıq və digər qanunsuz yollarla gətirilib. Bu barədə Musavat.com-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat verilib. Bildirilib ki, müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 4 ton 493 kq 881,15 qr-nı (82%) marixuana təşkil etmişdir.Onun da 3 ton 888 kq-ı (86,9%) tərkibi maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 605 kq-ı (13,5%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Read More