Hadisə 

Generala ağır itki

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini vəzifəsində çalışmış məşhur general Hüseyn Əlixanova ağır itki üz verib. “Qafqazinfo” xəbər verir ki, onun qardaşı, tanınmış dramaturq, tərcüməçi və jurnalist Vaqif Əlixanlı vəfat edib. 81 yaşlı ədib ötən gün dünyasını dəyişib. Qeyd edək ki, V.Əlixanlı sovet illərində uzun müddət Mədəniyyət Nazirliyində və AzTV-də müxtəlif vəzifələrdə çalışıb. Sonrakı illərdə “Space”, ABBA, “Lider” və ANS TV-də baş redaktor vəzifəsində çalışıb. 2013-cü ildən 2021-ci ilədək Yazıçılar Birliyinin orqanı olan “Qobustan” incəsənət jurnalının baş redaktoru olub.

Read More
Hadisə 

Azərbaycanda vəzifəli şəxs müəllimi qaçırdı

Gədəbəydə vəzifəli şəxs qız qaçırıb. Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı idarəsinin baş mühəndisi Alim İsmayılov qız qaçırıb. Qarşı tərəf isə şikayətçi olduğuna görə sözügedən şəxs saxlanılıb. Məlumata görə, qaçırılan şəxs rayonda müəllim kimi çalışırmış və öz razılığı olmadan hadisə baş verib. Hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı Gədəbəy rayon İcra Hakimiyyətinin alt qurumlarından biridir./Milli.Az/

Read More
Hadisə 

Azərbaycanda ŞOK CİNAYƏT: 71 yaşlı qadının protezini oğurlayıb, ÖLDÜRDÜLƏR

Tovuz rayonunda 71 yaşlı ev sahibi İntizar Bağırovaya qarşı soyğunçuluq edərək qətlə yetirməkdə təqsirləndirilən qeyri-rəsmi ər-arvad münasibətində yaşayan kirayəçilər Aynaz Alıyevaya və Elçin Əliyevə hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə Aynaz Alıyeva 12 il, Elçin Əliyev isə 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib. İttihama görə, Aynaz Alıyeva kirayədə yaşadıqları evdə həmin evin sahibi 71 yaşlı İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxıb, daha sonra isə taxta ilə vuraraq qətlə yetirib. Həmçinin o qeyri-rəsmi…

Read More
Hadisə 

Hamamda yıxılan müəllim öldü- Foto

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən saat 18 radələrində 1969-cu il təvəllüdlü Nihad Təhmasib Səbail rayonu Bünyad Sərdarov küçəsindəki evinin hamam otağında yıxılıb. Xəstəxanaya yerləşdirilmiş N.Təhmasib orada vəfat edib. Qeyd edək ki, o, ərəb dili müəllimi olub. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Şəhidin həyat yoldaşını öldürən şəxs yenidən hakim qarşısında

Xızıda qardaşının arvadını boğub öldürməkdə təqsirləndirilən Taleh Qurbanovun cinayət işi üzrə ibtidai istintaq yenidən yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq. Öldürülən Ləman Qurbanova 2022-ci ilin sentyabrında Ermənistanın təxribatının qarşısını alarkən şəhid olmuş kapitan Saleh Qurbanovun həyat yoldaşı olub. Ləman Qurbanovanı öldürməkdə təqsirləndirilən Taleh Qurbanov şəhidin qardaşıdır. Hadisə mayın 13-də saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlində qeydə alınıb. Həmin gün 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.…

Read More
Hadisə 

İcra Hakimiyyətinin 36 yaşlı vəzifəli şəxsi vəfat etdi

Lənkəran Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi vəfat edib. Cenublu.az-ın verdiyi məlumata görə, İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin baş məsləhətçisi 36 yaşlı Elnur Rufullayev bu gecə dünyasını dəyişib. Elnur Rufullayevin bir neçə gün bundan əvvəl insult keçirtdiyi və Bakı şəhərində müalicə aldığı bildirilir. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Read More
Hadisə 

Biləsuvarda FACİƏ! Qadın yanaraq ÖLDÜ

Biləsuvarda qadın bədbəxt hadisə nəticəsində ölüb. Hadisə Cəbrayıl məcburi köçkünləri üçün inşa edilmiş binada baş verib. Orada yaşayan Tərgül Rəsulova yandırılmış parça ilə ehtiyatsız davranaraq müxtəlif növ yanıq xəsarətləri alıb və hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Hadisə 

Bakıda avtomobil iki piyadanı VURDU – Biri öldü

Bakıda ölümlə nəticələnən yol qəzası olub. Hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb. Nəzir Əlilli idarə etdiyi “Mercedes ML” markalı avtomobillə yolu keçən piyadalar-Sadiq Manafov və Rauf Qurbanoviçi vurub. Nəticədə R. Qurbanoviç hadisə yerində ölüb, Sadiq Manafov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb.//Report

Read More
Hadisə 

Paytaxtda qadınlar pula görə saçyolduya çıxdılar: Xəsarət alan var

Bakının Nizami rayonunda 1984-cü il təvəllüdlü Nəsibə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Səidəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nəsibə hadisə günü saat 21 radələrində tanışı Səidənin evinə gəlib və ondan borclu olduğu 78 manat məbləğində pul vəsaitini istəyib. Buna görə, onların arasında mübahisə yaranıb. Nəsibə Səidənin kobud cavab verməklə ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı qəsdən onun yanaq və saç nahiyəsindən tutaraq dartıb. Səidəyə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirib. Hadisəni törədən Nəsibənin barəsində…

Read More