Hadisə 

DİN-dən ƏMƏLİYYAT – Narkoşəbəkənin 20 üzvü saxlanıldı – FOTO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi sentyabr ayı ərzində 146 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə əməliyyatlar davam etdirilib. Nəticədə narkoşəbəkənin daha 20 üzvü saxlanılıb. Onların sırasında narkotiklərin əsas tədarükçülərindən olan şəxslər də var. Əməliyyatlarla 146 kiloqramdan çox heroin, tiryək, metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 25 556 ədəd psixotrop tərkibli metadon həbi, narkotiklərin dövriyyəsində istifadə edilən…

Read More
Hadisə 

Bakının mərkəzindəki restoranda müştərinin pul qabısı oğurlandı – ANBAAN GÖRÜNTÜ

Paytaxt restoranlarından birində pul qabı oğurlanıb. Hadisə Bakının “Tarqovı” kimi tanınan məşhur Nizami küçəsində yaşanıb. “McDonalds”da yemək yeyən şəxs daha sonra məkanı tərk edəndə naməlum şəxs onun pul qabısını oğurlayıb. Bu barədə zərərçəkmiş şəxs BAKU.WS-in “Qaynar xətti”nə məlumat və görüntülər göndərib. Qeyd edilib ki, pul qabında şəxsiyyət vəsiqəsi, müəyyən miqdrada pul və bank kartları olub. Yaşanan hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib. Zərərçəkmiş bu barədə polisə müraciət etdiyini də bildirib.

Read More
Hadisə 

Sərhədi pozan 6 əcnəbi SAXLANILDI

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər sərhəd pozucusu saxlanılıb. Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində oktyabr ayının 2-də 1 nəfər İran İslam Respublikası, oktyabrın 4-də 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası, oktyabrın 3-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər Pakistan İslam Respublikası vətəndaşı və oktyabrın 7-də “Naxçıvan” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 1 nəfər Suriya Ərəb Respublikası vətəndaşının dövlət sərhədini pozma cəhdinin…

Read More
Hadisə 

“Qızım intihar etməyib, anasına zəngində öldürüləcəyini deyib”

Üç ay əvvəl özünü yaşadığı binanın yeddinci mərtəbəsindən ataraq intihar etdiyi deyilən Vüsalə Dadaşovanın ölümü ilə bağlı ciddi iddia irəli sürülüb. “Qafqazinfo”nun məlumatına görə, mərhumun atası Zakir Nəbiyev qızının intihar etməsinə inanmır, onun qəsdən öldürüldüyünü düşünür. Valideyn saytımıza göndərdiyi müraciətində yazır ki, qızının əri tərəfindən qəsdən öldürülməsindən şübhələnir: “Bu hadisənin qəsdən törədilmiş cinayət olduğunu sübut edən kifayət qədər faktımız var. Məsələn, qızım hadisədən bir müddət əvvəl qonşusunun telefonu ilə anasına zəng edib. Telefon zəngində öldürüləcəyini deyib. Həmin gün Vüsalə əri Sevindik Dadaşovla birgə evdə olub. Bir neçə dəqiqə sonra da…

Read More
Hadisə 

Bu gün Əhmədin məhkəməsidir – YEKUN QƏRAR VERİLƏ BİLƏR

Bu gün, oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ailə üzvlərini qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi davam etdiriləcək. Əhməd Əhmədovun cinayət işi hakim Səbinə Məmədzadənin icraatındadır. Prosesdə yekun qərar veriləcəyi göslənilir. ARANTV.AZ xəbər verir ki, Əhməd Əhmədovun cinayət işi üzrə ötən proses qapalı keçirilib. Prosesdən sonra Əhməd Əhmədovun vəkili Sənan Hüseynov mediaya açıqlama verib. Bildirib ki, proses zərərçəkmiş şəxslərin hüquqi varislərinin təhlükəsizliyi ilə bağlı qapalı elan olub. Vəkil təhlükə mənbəyi, təhlükənin zərərçəkmiş şəxslərə, hüquqi varislərə kimlərdən gələ biləcəyini aydınlaşdırmayıb. Oktyabrın 8-də keçirilən həmin prosesdə hakim Səbinə Məmmədzadə Əhməd Əhmədovun…

Read More
Hadisə 

Bakıda 16 yaşlı qızı motosikletlə vuraraq iflic edən şəxs: “Özümdə günah görmürəm”

Bakının Əhmədli qəsəbəsində motosiklet qəzası 16 yaşlı qızı iflic edib. Belə ki, 6 ay öncə məşğələdən qayıdan Fidan Abbasovanı motosiklet vurub. “Kitabımı unutmuşdum, yolu qaçaraq keçdim. Bu zaman məni motosiklet vurdu. Əlimlə ayağımı yoxladım, gördüm ki, hiss etmirəm. Xəstəxanaya çatdırılanda məlum oldu ki, onurğam bir neçə yerdən qırılıb, daxili orqanlarım xəsarət alıb. Lakin əməliyyatdan sonra anama dedilər ki, mən bir daha yeriyə bilməyəcəyəm. Hətta aldığım xəsarətlərdən gələcəkdə ana olma şansım yoxdur” , – deyə F.Abbasova bildirib. Zərərçəkənin anası Nailə Xəlilovanın sözlərinə görə, övladını vuran şəxs Mirpaşa Məmmədov ərazidəki şəxslərə sürətinin…

Read More