Hadisə 

15 yaşlı Sevincin qətlində şübhəli bilinirdi, meyiti tapıldı- FOTO

Bərdədə itkin düşmüş və 2 gün sonra meyiti tapılan 15 yaşlı Sevinc Abbaslının qətlində şübhəli bilinərək istintaqdan yayınan şəxsin meyiti tapılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sentyabrın 1-də 2009-cu il təvəllüdlü Abbaslı Sevinc Rəşad qızının itkin düşməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Sentyabrın 3-ü S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlu tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Onun meyiti oktyabrın 7-si Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb…

Read More
Hadisə 

Azərbaycanda vəzifəli şəxsin 160 minlik əmlakına həbs qoyuldu – RƏSMİ

Ağdaş rayon prokurorluğunda Kotavan bələdiyyəsinin sədri, «Abadlıq-2012» MMC-nin direktoru və mühasibinin qanunsuz əməllərinə dair istintaqı aparılan cinayət işi yekunlaşıb. Ağdaş rayon prokurorluğundan Musavat.com-a daxil olan xəbər görə, istintaqla, sədr Rəşad Səmədovun bələdiyyəyə ayrılmış pul vəsaitinin 207 min manat hissəsini MMC-nin direktoru Əli Cəbiyev və mühasibi İsmət Abdulkərimovla qabaqcadan əlbir olan bir qrup şəxs halında mənimsəmə və israf etmə yolu ilə talamasına, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə, qulluq mövqeyindən istifadə edərək kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmasına, bələdiyyənin qanunla…

Read More
Hadisə 

Ailənin tək övladı imiş, əsgər getməyə hazırlaşırmış (FOTO)

Ötən gün Lənkəran-Boradigah-Masallı magistralında, rayonun Şağlaser kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo-nun məlumatına görə, 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov aldığı vədən xəsarətləri nəticəsində hadisə yerində həak olub. 2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Qəza zamanı dünyasını dəyişən Amil Sadıqov ailənin tək övladı olub. Mərhum bu ilin yanvar ayında hərbi xidmətə yola…

Read More
Hadisə 

Daha bir DSX hərbçisi bədbəxt hadisədə öldü- Foto

Oktyabrın 5-i Ucarda minik avtomobili yolu keçmək istəyən Göyçayın Alpoud kənd sakini Elçin İslamovu vurub. ARANTV.AZ  Unikal-a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü piyada aldığı xəsarətlərdən vəfat edib. O, Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçusu imiş və Cəbrayıl rayonunda xidmət edirmiş. Qeyd edək ki, eyni gün Şəmkir rayonunda da DSX giziri balıq tutarkən Kür çayına düşərək boğulub.

Read More
Hadisə 

15 yaşlı Sevinc öldürüldü, qonşusu yoxa çıxdı – DETALLAR

Bərdə rayonunda 15 yaşlı Sevincin qətlə yetirilməsində Kənan adlı qonşusu şübhəli bilinir. Sevinc öldürülən günün səhəri Kənanın da itkin düşüb. “ATV” televiziya kanalında yayımlanan “Bizimləsən” verilişində Sevincin nənəsi iştirak edib. O, Kənanın həyat yoldaşının hər şeyi bildiyini iddia edib. Canlı efirə qoşulan Kənanın anası Solmaz xanım oğlunun harada olduğunu bilmədiyini deyib. O, oğlunun itkin düşdüyünü, Sevinci öldürməsinə inanmadığını bildirib. Solmaz xanım Kənanın qardaşına “səhv eləmişəm, məni utanılası iş görümüşəm” mesajını yazdığını deyib. Qeyd edək ki, Sevincin meyiti köhnə tikilinin ərazisində basdırılmış halda tapılıb. Nənəsinin dediyinə görə, meyitin üzərində zorakılıq əlamətləri…

Read More
Hadisə 

Keçmiş məhkum özünü öldürdü

Mingəçevirdə intihar hadisəsi baş verib. Hadisə şəhərin A. Məmmədov küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini, 34 yaşlı Vüsal İlqar oğlu Mirzəyev yaşadığı evin qonaq otağında özünü asıb. Onun əvvəllər narkotik və oğurluq cinayətlərinə görə məhkum olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (lent.az)

Read More
Hadisə 

Qaxda it 11-ci sinif şagirdini ağır yaraladı

Qaxda it 11-ci sinif şagirdinə hücum edərək ağır xəsarətlər yetirib. “Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında şəhər ərazisində baş verib. Belə ki, Qax şəhər sakini, 2007-ci il təvəllüdü Ə. Cumazadə yolla hərəkət edərkən həyətlərin birindən çıxan it ona hücum edərək ağır yaralayıb. Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, it qızın boyun, döş, bel və ayaq nayihələrinə ağır xəsarətlər yetirib. Hazırda xəstəxanada məktəblinin müalicəsi davam etdirilir.

Read More