Hadisə 

Metroda faciəvi şəkildə ölən şəxsin kimliyi BİLİNDİ

Dünən metronun “28 May” stansiyasında qatarın altına yıxılaraq ölən şəxsin kimliyi müəyyənləşib. Araşdırmalarla ölən şəxsin 1969-cu il təvəllüdlü Rövşən Qüdrət oğlu Abışov olduğu müəyyənləşib. Belə ki, Şirvan şəhər sakini olan R.Abışov Bakıda işləyirmiş. Ölümün intihar və ya bədbəxt hadisə olması hələlik məlum deyil. Belə ki, görüntülərin araşdırılması zamanı R.Abışovun sərnişinlər arasında olduğu və qatar yaxınlaşarkən relslərin üzərinə qəfil yıxıldığı bəlli olub. Qeyd edək ki, R.Abışovun stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilsə də, o, vəfat edib. Hadisəyə görə metroda qatarlar 17 dəqiqə yubanıb. Xatırladaq ki, dünən Bakı metrosunda iki…

Read More
Hadisə 

Azərbaycanda futbolçu xəstəxanalıq OLDU – FOTO

Futbol üzrə Azərbaycan Çempionatının birinci dəstəsində keçirilən oyun zamanı “Mingəçevir” futbol komandasının oyunçusu xəstəxanalıq olub. Milli.Az “Unikal”a istinadən xəbər verir ki, hadisə şəhər stadionunda keçirilən “Mingəçevir” və “Zaqatala” komandalarının matçında baş verib. Qonaq komandanın oyunçusu ilə toqquşan “Mingəçevir” komandasının oyunçusu Tural Məmmədzadə baş nahiyəsindən ciddi xəsarət alıb. Yerindəcə tibbi yardım göstərilən oyunçu daha sonra xəstəxanaya çatdırılıb. Qeyd edək ki, oyun 2:3 hesabı ilə qonaq komandanın qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin vurulan qollardan birinin müəllifi olan Tural Məmmədzadə vuruğu qoldan bir dəqiqə sonra başından yaralanaraq xəstəxanalıq olub./Unikal

Read More
Hadisə 

Tərtərdə xəstəxanada ÖLÜM – Cinayət işi başlanıldı

Tərtər sakininin xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 2-də Tərtər rayonu ərazisində 1974-cü il təvəllüdlü Yaşar Abdullayevin almış olduğu xəsarət səbəbindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1994-cü il təvəllüdlü İnqilab Qayıbovun sentyabrın 27-də aralarında yaranmış mübahisə zamanı Yaşar Abdullayevə üz nahiyəsindən yumruqla xəsarət yetirməsi, sonuncunun zərbənin təsirindən yerə yıxılması nəticəsində baş nahiyəsindən almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin…

Read More
Hadisə 

Bakı metrosunda FACİƏ: sərnişin qatarın altına DÜŞDÜ

Metronun “28 May” stansiyasında sərnişin stansiya yoluna düşüb. Bu barədəMusavat.com-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, qatar maşinisti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb. Sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Lakin sərnişin vəfat edib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Read More
Hadisə 

Göyçayda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb

Göyçayda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb. Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Fərid Babayev saxlanılıb. Ona məxsus fermadan kultivasiya edərək yetişdirdiyi çətənə kolları, marixuana və tüfəng aşkar edilib. Keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan daha 7 nəfər saxlanılıb. Həmin şəxslərdən heroin, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılan şəxslərdən biri olan Fərid Qəribovun rayon ərazisində avtomobil qaçırdığı da müəyyən…

Read More
Hadisə 

Bərdə bazarında qadın əri tərəfindən bıçaqlanıb.

Hadisə bu gün səhər saatlarında qeydə alınıb Bərdədə bazar ərazisində sahibkarlıqla məşğul olan, 1978-ci il təvəllüdlü Gülnar Ərşad qızı Qasımova, həyat yoldaşı Ayaz İmamqulu oğlu Qasımov tərəfindən bıçaqlanıb. Kişi daha sonra özünə xəsarət yetirib. Hər iki şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, faktla bağlı araşdırma aparılırrdə bazarında qadın əri tərəfindən bıçaqlanıb. “Report”un xəbərinə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb Bərdədə bazar ərazisində sahibkarlıqla məşğul olan, 1978-ci il təvəllüdlü Gülnar Ərşad qızı Qasımova, həyat yoldaşı Ayaz İmamqulu oğlu Qasımov tərəfindən bıçaqlanıb. Kişi daha sonra özünə xəsarət yetirib. Hər iki…

Read More
Hadisə 

Sabunçuda yetkinlik yaşına çatmayan şəxsin ölməsi faktı üzrə cinayət işi başlanıb

Oktyabrın 2-si Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan R.B-nin (şərti) almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sabunçu rayon Prokurorluğundan Musavat.com-a verilən xəbərə görə, araşdırmalarla yetkinlik yaşına çatmayan K.N-nin (şərti) rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirməsi nəticəsində R.B-nin (şərti) müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, K.N (şərti) iş üzrə şübhəli şəxs qismində…

Read More