Hadisə 

TƏCİLİ! DTX və DSX-dən birgə ƏMƏLİYYAT: İrandan ölkəmizə keçən naməlum uçuş aparatı endirildi

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. ARANTV.AZ  bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən naməlum uçuş aparatı müşahidə edilib. Uçuş aparatının görülmüş tədbirlər nəticəsində saxlanılması təmin olunub. Üzərinə bərkidilmiş bağlamaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 700 qram narkotik vasitə marixuana və 1 500 ədəd “Metadon M-40” həbi aşkar edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam…

Read More
Hadisə 

Bakıda əməliyyat: qadın saxlanıldı

Binə qəsəbəsində evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 26-da Binə qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Read More
Hadisə 

Sumqayıtda binadan yıxılan qız xəstəxanada öldü

Sumqayıtda çoxmərtəbəli binadan yıxılan qız xəstəxanada dünyasını dəyişib. “Unikal”ın əldə etdiyi məlumata görə, 12 yaşlı Kiçikxanım Burcəliyeva müalicə olunduğu klinikada vəfat edib. Xatırladaq ki, hadisə sentyabrın 28-də baş verib. K.Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılmışdı.

Read More
Hadisə 

Həftəsonu ölkə ərazisində 40 kiloqrama yaxın narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 28-də və 29-da ümumi çəkisi 39,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə “İki sahil”ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,9 kiloqramdan artıq heroin, 31,6 kiloqrama yaxın marixuana, 4,5 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 362 ədəd metadon həbi olub.

Read More
Hadisə 

Bakıda ağır yol qəzası: Ölən və yaralanan var

Bakının Xətai rayonunda işıqforda dayanan 3 avtomobil qəzaya uğrayıb Hadisə 8 noyabr prospektində baş verib. Hadisə şahidlərinin dediyinə görə, “Ford Fusion” markalı avtomobil yüksək surətlə gələrkən işıqforun qırmızı işığında dayanan iki “Chevrolet” markalı nəqliyyat vasitəsinə daha sonra “Greatval” markalı maşına çırpılıb. Zərbənin təsirindən “Ford” bordüra dəyərək əks istiqmatə keçib. Qəza nəticəsində “Chevrolet” markalı maşının sürücüsü 1977-ci il təvəllüdlü Anar Məmmədov hadisə yerində ölüb. Ford markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Şabanəli Qurbanəliyev isə sol qol sümüyünün sınığı diaqnnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Xətai Rayon Polis İdarəsinin əməkdaşları qəza ilə…

Read More
Hadisə 

Gəncədə əməliyyat olunan qadın xəstəxanada ölüb

Gəncə şəhərində əməliyyat olunan şəxs xəstəxanada ölüb. “Report”un Qərb bürosunun məlumatına görə, sentyabrın 21-də Gəncə şəhərindəki özəl klinikalardan birində mədə kiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova sentyabrın 28-də dünyasını dəyişib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi maliyyə piramidası şəbəkəsini İFŞA ETDİVİDEO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq piramidasını ifşa edib. Bu barədə Musavat.com-a Nazirlikdən məlumat verilib. Bildirilib ki, son aylar ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən “farmaniya.com” platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub. “Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloger kimi təqdim edərək “farmaniya.com” saytının…

Read More
Hadisə 

Bakıda kişi özünü 10-cu mərtəbədən atdı

Bakıda kişi özünü binadan ataraq intihar edib. Hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində, “Qobu Park-2” yaşayış kompleksində baş verib. 47 yaşlı S. Quliyev binanın 10-cu mərtəbəsində yaşadığı evin mətbəxinin pəncərəsindən özünü atıb. Nəticədə kişi aldığı xəsarətlərdən hadisə yerində keçinib. Məlumata əsasən, mərhum hadisə zamanı spirtli içkinin təsiri altında olub.//Lent.az

Read More