Hadisə 

Ağcabədi sakinini elektrik cərəyanı VURDU

Ağcabədi Elektrik Şəbəkəsinin dispeçirini elektrik cərəyanı vuraraq öldürüb. Ağcabədi Elektrik Şəbəkəsinin dispeçiri vəzifəsində işləyən, Hindarx sakini Səlim İsmayılov qəsəbə ərazisində elektrik dirəyindəki naqilləri təmir edərkən elektrik cərəyanı vurub. Nəticədə o hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Hadisə 

Faciəvi şəkildə ölən Arzunun FOTOSU

Tərtərdə paltar sərən 21 yaşlı qız dördüncü mərtəbədən yıxılaraq ölüb. Hadisə ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli binada baş verib. Belə ki, 2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb.//News24.az

Read More
Hadisə 

BDU-nun tələbəsi yol qəzasında ÖLDÜ

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi yol qəzasında ölüb. ARANTV.AZ  xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Politologiya” ixtisası üzrə təhsil alan IIl kurs tələbəsi Kənan Abıyev avtoqəza nəticəsində həyatını itirib.

Read More
Hadisə 

Göygöldə dəhşət – Atalığı 2 yaşlı uşağı döyüb yandırdı – Foto

Göygöldə 2 yaşlı uşaq müxtəlifdərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. “Qafqazinfo”nun məlumatına görə, azyaşlının atalığı tərəfindən döyülərək yandırıldığı iddia olunur. Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Göygöl RPŞ-nin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri çərçivəsində Göygöl şəhərində yaşayan Şirin Qasımovun evinə baxış keçiriblər. “Bu zaman onun kultivasiya etdiyi narkotik vasitə aşkar edilərək götürülüb. Bundan başqa, onun qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı qızına qarşı zorakılıq əməlləri törətməsi də müəyyən edilib. Polis dərhal müvafiq tədbirlər həyata keçirib. Azyaşlı polis tərəfindən xəstəxanaya yerləşdirilib, müvafiq ekspertiza təyin edilib.…

Read More
Hadisə 

Bakıda güclü yanğın başladı – Video – Yenilənir

Bakının Xətai rayonu ərazisində, Xəzər TV-nin yaxınlığında yanğın başlayıb. “Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. Yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb. *** Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, yanğın hadisəsi Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verib. Bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. *** Daxili İşlər Nazirliyinin məlumatına görə, Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş vermiş yanğın ilə əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür. *** Fövqəladə Hallar…

Read More
Hadisə 

Bakıda məşhur klinikada ÖLÜM: Ailə həkimi günahlandırır

Bakıda özəl klinikaların birində cərrahi əməliyyat olunan 67 yaşlı kişi bir neçə saat sonra həyatını itirib. Ailəsinin “Xəzər Xəbər”ə bildirdiyinə görə, iki gün əvvəl Şirvan Seyidəli oğlu Bayramov aşağı ətraf arteriyalarının aterosklerozu diaqnozu ilə “Baku City Hospital”a yerləşdirilib. Elə həmin gün xəstəyə Angioplastika əməliyyatı icra olunub. Həyat yoldaşı Tamella Bayramova bildirib ki, bir gün sonra onlara Şirvan Bayramovun vəziyyətinin pisləşməsi ilə bağlı məlumat verilib. Ailə hospitala çatdıqda onun keçindiyini bildiriblər. T. Bayramova iddia edir ki, 10 gündən sonra özünü gümrah hiss edən Şirvan Bayramov həkimin təkidi ilə ikinci əməliyyata cəlb…

Read More
Hadisə 

Aparıcının qızı bağçada ÖLDÜ – FOTOYENİLƏNİB

İki yaşlı uşağın bağçada ölməsi barədə bəzi təfərrüatlar məlum olub. ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən “Candy kids” adlı özəl uşaq bağçasında qeydə alınıb. TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb. *** AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib. “Qafqazinfo”nun əldə etdiyi…

Read More