Hadisə 

Ağcabədidə iki avtomobil toqquşub, ölən var

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb. Mahir Şükürzadənin idarə etdiyi “VAZ 2107” markalı avtomobil qarşıdan gələn “Tofaş” markalı avtomobillə toqquşub. Nəticədə Mahir Şükürzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

Read More
Hadisə 

Sabirabadda 1 yaşlı uşağın üstünə qaynar çaydan aşdı

Sabirabad rayonunda 1 yaşlı uşağın üstünə qaynar çaydan aşıb. Hadisə rayonun Xankeçən kəndində qeydə alınıb. Kənd sakini, 2023-cü il təvəllüdlü Əhədov Əlimurad valideyn nəzarətindən yayınaraq qaynar çaydanı üstünə aşırıb. Uşaq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada gövdənin ikinci dərəcəli termiki yanıq diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.\\APA

Read More
Hadisə 

Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstərdi, polis atəş açdı

Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəhd edib. DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, sentyabrın 24 -də gecə saatlarında əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Əlizadə Fərid saxlanılarkən üzərində olan bıçaqla polis əməkdaşlarına müqavimət göstərdiyindən ona xidməti tabel silahı ilə xəbərdarlıq edilməklə saxlanılıb. Xəsarət alan şübhəli şəxs xəstəxanaya yerləşdirilib. Onun üzərindən bıçaq, satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan narkotik vasitə olan herion aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

Read More
Hadisə 

Sumqayıtda məktəbi dərmanladılar: Şagirdlər zəhərləndilər

“Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbi bit-birə basıb. Bu səbəbdən məktəbdə dərmanlama işləri aparılıb. Dərman səpiləndən sonra uşaqların əksəriyyəti zəhərlənib”. Bu barədə Bakupost.az-a övladları sözügedən məktəbdə təhsil alan uşaqların valideynləri bildiriblər. Övladı məktəbdə zəhərlənən valideyn deyib: “Qızım sonuncu dərsdə iştirak edə bilməyib, halı pisləşib. Təbii ki, uşaqların halı pisləşər. 6-7 saat orada qalırlar. Qızımın səhhəti hələ düzəlməyib, boğulur, düzgün nəfəs ala bilmir”. Valideynlər bir məsələdən də şikayətçidirlər. İddia edirlər ki, məktəbin direktoru Fatma Bayramova 1 həftədən çoxdur ki, bu vəziyyəti gizlədir.

Read More
Hadisə 

“Siyəzən Broyler”də ÖLÜM: 61 yaşlı qadın yeməkxanada dünyasını dəyişdi

“Siyəzən Broyler” fabrikində ölüm hadisəsi qeydə alınıb. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Siyəzən şəhər sakini, 61 yaşlı Rəfiqə İsaqova qəfildən fabrikin yeməkxanasında keçinib. Qadının ürəktutmadan vəfat etdiyi deyilir. Fakt Bizim.Media-ya Siyəzən Rayon İcra Hakimiyyətindən təsdiqlənib. Bildirilib ki, ölüm hadisəsi ilə bağlı Siyəzən rayon prokurorluğu araşdırma aparır.

Read More
Hadisə 

İmişlidə 9-cu sinif şagirdi intihar etdi

İmişli rayonunda məktəbli intihar edib. “Qafqazinfo” xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Aşağı Qaralar kəndində baş verib. Belə ki, kənd sakini 2010-cu il təvəllüdlü Əliağa İsi oğlu Şahbazlı bibisinə məxsus evin həyətində özünü asıb. Onun meyitini yaxınları aşkar ediblər. Bildirilir ki, orta məktəbin 9-cu sinif şagirdi olan Əliağa hadisədən əvvəl atası ilə mübahisə edib. O, daha sonra bibisigilin həyətinə gedərək həyatına qəsd edib. Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

Bakıda ŞOK OLAY: meyvə satan şəxs zəhərlənib öldü

Bakıda zəhərlənmədən ölüm faktı qeydə alınıb. ARANTV.AZ  bildirir ki, Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən meyvə mağazasında işləyən Ordubad rayon sakini, 24 yaşlı Turqut Əbil oğlu Nəsirli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Gecə 4-də Bakıda polisə müqavimət göstərib qaçanlara atəş açıldı – Yaralı var

Bakıda polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar. DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, sentyabrın 24-də saat 03:44 radələrində Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin olduğu dövlət qeydiyyat nişanı 77-XS-413 “Toyota Prius” markalı avtomobilə polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Polisin qanuni tələblərinə məhəl qoymaraq hərəkətini davam etdirən avtomobil Nəsimi rayonu ərazisində maneyə dəyərək dayanıb, nəqliyyat vasitəsində olan şübhəli şəxslər polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd ediblər. Polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə xəbərdarlıq atəşi açılmaqla, əvvəllər məhkum…

Read More
Hadisə 

Turşudan ölən qızı məktəbdə belə yad etdilər – VİDEO

Ötən gün Şərur rayon sakini turşudan zəhərlənərək ölüb. Hadisə rayonun Kürkənd kəndində baş verib. Kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konservləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. ARANTV.AZ unikal-a istinadla Gülnazla bağlı videonu təqdim edir:

Read More