Hadisə 

Bərdədə DƏHŞƏT: Kişi toyda öldü

Bərdədə toyda ölüm hadisəsi baş verib. Hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən “Qızıl Tac” şadlıq sarayında qeydə alınıb. Toyda iştirak edən 55 yaşlı Goranboy rayon sakini Əmrahov Mobil Nüsrəddin oğlunun halı qəfil pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, həkimlər kişinin həyatını xilas edə bilməyiblər.//lent.az

Read More
Hadisə 

Müayinəyə xəstə aparırdı, özü xəstəxanalıq oldu – FOTO

Biləsuvar rayonunda yol qəzası baş verib. ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində klinikanın qarşısında qeydə alınıb. “Mercedes Vito” markalı mikroavtobus qarşıdan gələn “VAZ 2106” markalı minik avtomobilinə çırpılıb. Qəzada “Jiquli”nin sürücüsü sıxılı vəziyyətdə maşından çıxarılaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qeyd edək ki, Masallıdan olan sürücü Rüstəmov Vəlihəddin Kamal oğlu rayonda fəaliyyət göstərən klinikaya xəstə aparırmış. Elə hadisə maşınla klinikanın həyətinə daxil olmaq istəyərkən olub. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Şamaxıda ata evli qızını zirzəmiyə həbs etdi – TƏFƏRRÜAT

Şamaxı şəhərində ailəsi tərəfindən zirzəmidə əsir saxlanılan gənc qadın polis əməkdaşları tərəfindən xilas edilib. Hadisə Şamaxı şəhər Atatürk küçəsində yerləşən fərdi yaşayış evində baş verib. 1976-cı il təvəllüdlü Vüqar Talıbov (soyad şərtidir) qızının Bakı şəhərində həyat yoldaşından boşanmaq istədiyini öyrənib. O, qızının sərbəst həyat tərzi sürməsindən, axşamlar işdən evə gələndən sonra müxtəlif ünvanlara getməsindən narahat olaraq paytaxta gəlib. Burada qızını aldadaraq Şamaxı şəhərinə aparan Vüqar onu evin zirzəmisinə salaraq qapını kilidləyib. 6 gün zirzəmidə qalan qızı isə polislər xilas edib. Hadisə barədə ifadə verən zərərçəkmiş qız atasının onun sərbəst yaşamaq…

Read More
Hadisə 

Çeçenistanda saxlanılan azərbaycanlılar vətənə geri dönür – ÖZƏL

Çeçenistanda saxlanılan həmyerlilərimiz Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmov vətənə geri dönürlər. Bu barədə Musavat.com-a Nihad Rzayevin atası Tapdıq Rzayev deyib. O bildirib ki, qayını E.Şirinovla əlaqə saxlayıb, qohumları sentyabrın 21-də Azərbaycana uçan təyyarə ilə geri dönürlər. Qeyd edək ki, may ayından Çeçenistana işləməyə gedən Tovuz sakinləri Rzayev Nihad Tafdıq oğlu, Şirinov Elxan Əkbər oğlu və Məhərrəmov Vüqar Nazim oğlu miqrasiya probleminə görə orada həbs olunmuşdular. N.Rzayev təcridxanada, E.Şirinov və V.Məhərrəmov isə “Severni Axmat” hərbi hissəsində saxlanılırdılar. Onları məcburi şəkildə Ukraynaya ilə döyüş bölgəsinə göndərmək istəyirdilər. Azərbaycan Çeçenistanda saxlanılan və…

Read More
Hadisə 

Azərbaycanlı tələbə vəfat etdi – Foto

Polşada azərbaycanlı tələbə vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu ölkədə magistr təhsili alan və Krakov şəhərində yaşayan Xəzər Cabbarlı qəfil dünyasını dəyişib. “Odlar Yurdu” Gənclər İctimai Birliyinin İdarə Heyətinin sədri olan X.Cabbarlı ictimai sektorda fəal gənclərdən olub. Onun hansı şəraitdə və hansı səbəbdən vəfat etməsi hələlik məlum deyil.

Read More
Hadisə 

Bu gün “Atlant” sahibi məhkəmədə dindiriləcək – prosesə polis nəzarəti altında gətirilə bilər

Bu gün, sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşov adı keçən cinayət işi üzrə proses davam etdiriləcək. Tahir Qədəşov aylardır ki, davam edən məhkəmə prosesinə qatılmır. Məhkəmə artıq 3-cü dəfədir ki, onun prosesə qatılmaması səbəbindən təxirə salınır. Sonuncu proses bu ilin avqustun 2-də keçirilib. Hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb. Məhkəmə hazırkı mərhələsinə qədər dindirilən şahidlər, müttəhim Nofəl Hacıyevin ifadəsində qeyd etdiyi xüsusatlar Tahir Qədəşovun prosesdə şahid qismində dindirilməsini zərurətini ortaya çıxarıb. Musavat.com-un xəbərinə görə, ötən prosesdə hakim Şəlalə Həsənova bildirib ki,…

Read More
Hadisə 

Kişi paltar yumağa görə bacısının burnunu sındırdı

Kişi paltar yumağa görə bacısının burnunu sındırdı Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Uğur Babaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Məlumata görə, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. İttihama görə, hadisə Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, Uğur Babaşov boşanmış, onlarla evdə birgə yaşayan bacısı, zərərçəkmiş Məlahət Babaşova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının öz çirkli paltarlarını qardaşının paltarları ilə birgə yuması olub.…

Read More
Hadisə 

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki il ərzində bulvar büdcəsində olan 2 milyon manatdan artıq pul vəsaitini tamah niyyəti ilə mənimsəməkdə ittiham olunur. Hesablama Palatası bir müddət əvvəl həmin idarədə 4 milyon manatdan çox kənarlaşma halının olduğunu elan etmişdi. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı geniş istintaqla isə ziyanın 2 milyondan bir qədər çox olması təsdiqini tapıb. İstintaq orqanı ziyanın böyüklüyünü və digər əsasları nəzərə alaraq sabiq idarə rəisinin həbsini tələb edib.…

Read More
Hadisə 

Son bir ayda Binəqədidə 29 kiloqram narkotik, avtomat və tapançalar aşkarlanıb – VİDEO

Bakının Binəqədi rayonunda əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlanıb. Bu barədə “İki sahil”ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib Bildirilib ki, son bir ay ərzində keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 98 fakt aşkarlanıb: “Ümumilikdə 29 kiloqram narkotik vasitə, o cümlədən 15 kiloqram heroin, 6 kiloqram tiryək və 8 kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Həmçinin Binəqədi rayonunda polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı 2 “Kalaşnikov” avtomatı, 2 “Makarov” tapançası və 21 ədəd patron aşkarlanıb.”

Read More