Hadisə 

Gözəllik salonunda Pərvanəni öldürən Zamiqlə bağlı şok detal – Qızı açıqladı – FOTO

2023-cü il oktyabrın 26-ı saat 19 radələrində Bakının Xətai rayonunda 1987-ci il təvəllüdlü Pərvanə Məhərrəmova qətlə yetirilib. Onun keçmiş əri Tərtər rayon sakini 1982-ci il təvəllüdlü Zamiq Tanrıverdiyev könüllü olaraq 35-ci Polis Bölməsinə gələrək, qadını öldürməsi haqda məlumat verib. Məlum olub ki, hadisə İnqlab İsmaylıov küçəsi, 15 ünvanında yerləşən gözəllik salonlarından birində baş verib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Milli.Az xəbər verir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib. İstintaqla müəyyən edilib ki, Zamiq Tanrıverdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 17…

Read More
Hadisə 

Göygöldə toyda döyülərək ağır xəsarət alan şəxs xəstəxanada ölüb

Göygöl rayonunda toyda döyülərək ağır xəsarət alan şəxs xəstəxanada ölüb. “Report”un Qərb bürosunun məlumatına görə, bir neçə gün öncə Göygöl rayonunda keçirilən toy mərasimində döyülərək ağır xəsarətlər alan 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü E. Nəbiyev xuliqanlıq zəmnində döyülərək xəstəxanaya yerləşdirilmişdi. Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakink R. Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin musiqi sifarişi üstündə baş verməsi məlum olub. Faktla bağlı araşdırma…

Read More
Hadisə 

Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var

Şəmkir rayon ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un Qərb bürosunun məlumatına görə, “Niva” və digər markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər – İsmayılova Qərənfil, 2006-cı il təvəllüdlü İsayeva Aygün və 1995-ci il təvəllüdlü İsmayılov Turan xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

“Məşədi Dadaş”ın axunduna sui-qəsd edən: “Məni Allah imam təyin edib”

“Məşədi Dadaş” məscidinin axundu Əli Şərbətovu dini ədavət niyyəti ilə öldürməyə cəhd etməkdə təqsirli bilinən Elşən Hüseynovun məhkəməsi keçirilib. Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktının məzmununda axund Əli Şərbətova sui-qəsddə təqsirli bilinən Elşən Hüseynovun hadisəni törətməsi barədə görünür ki, 2023-cü ilin avqustun sonunda Elşən Hüseynov “Məşədi Dadaş” məscidinin axundu Əli Şərbətovla görüşmək üçün gedərək, onunla görüşüb fikirlərini bölüşüb, fikir ayrılıqları yaranıb. Daha sonra, bir daha görüşmək üçün orada olarkən xidmətçi kimi çalışan Rəsul…

Read More
Hadisə 

İlqar Mustafayev həbs edildi

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib. ARANTV.AZ Report-a istinadən xəbər verir ki, İ. Mustafayev xüsusilə külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.4-cü və 308-ci maddələri ittiham verilib. Onun barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, bir neçə gün qabaq Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində audit yoxlaması aparıb və çatışmazlıqlar aşkar olunub. Onunla bağlı toplanmış materiallar Baş Prokurorluğu göndərilmişdi.

Read More
Hadisə 

Azərbaycanda iş adamının müəmmalı ölümü – Yenidən araşdırılacaq

Ötən ilin noyabrında “İstanbul NS” klinikasında vəfat edən iş adamı, uzun illər “Natavan” trikotaj fabrikinin rəhbəri olmuş Böyükağa Şükürovun ölümü yenidən araşdırılacaq. Məlumata görə, Nərimanov Rayon Məhkəməsi rayon prokurorunun B.Şükürovun ölüm faktı ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını ləğv edib. Məhkəmə toplanmış material üzrə araşdırmaların davam etdirilməsinə qərar verib. Qeyd edək ki, Böyükağa Şükürovun qardaşı Qabil Şükürov onun ölümündə şübhəli məqamların olduğunu iddia etmişdi. O, toplanmış materialların Nərimanov Rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə verilməsi ilə bağlı müraciət edib.//Qafqazinfo

Read More
Hadisə 

Leyla və körpəsini öldürən Fəridə ömürlük həbs tələbi

20 yaşlı arvadını və 8 aylıq körpəsini amansızlıqla öldürməkdə ittiham olunan Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror bəyan edib ki, təqsirləndirilən şəxs törətdiyi cinayətə görə ömrü boyu evinə qayıtmağa layiq deyil. Bu əsasla Fərid qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilməli, qalan ömrünü həbsxanada keçirməlidir. Zərərçəkmiş tərəf də ittiham tərəfinin tələbindən razı qalıb. Müdafiə tərəfinə çıxışa hazırlanması üçün vaxt verilib. Qeyd edək ki, dəhşətli cinayət hadisəsi ötən ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. İttihama…

Read More
Hadisə 

Tanınmış meyxanaçıdan ÜZÜCÜ XƏBƏR

Səhhəti pisləşdiyi üçün “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilən meyxanaçı Xəyyam Əhmədli evə buraxılıb. Amma vəziyyəti ağır olaraq qalır. Bunu Yenicag.az-a açıqlamasında sənətçi özü deyib: “Xəstəxanadan çıxarıb evə gətiriblər. Amma vəziyyətim yaxşı deyil. Səhhətimdə irəliləyiş yoxdur. Güclə danışıram, yataq rejimindəyəm. Dava-dərman olunur, amma müalicənin xeyri yoxdur. Əməliyyat üçün də taqətim yoxdur”.

Read More
Hadisə 

“MTN işi” üzrə zərərçəkənlər növbəti dəfə Ədliyyə Nazirliyi önünə toplaşır

Bu gün növbəti dəfə və daha geniş tərkibdə şərti olaraq “MTN işi” adlanan cinayət işi üzrə zərərçəkənlər Ədliyyə Nazirliyi binası önündə toplaşacaqlar. Ötən aksiyaya 10-a yaxın zərərçəkən qatılmış, onların məktubu nazir Fərid Əhmədova təqdim olunmuşdu. Sentyabrın 16-da, saat 3-ə təyin olunan aksiyaya 16 zərərçəkənlə yanaşı, yaxınları, ailə üzvlərinin də qatılacağı bildirilir. Aksiyada 50-yə yaxın şəxsin iştirakı gözlənilir. Zərərçəkənlər Musavat.com-a bildiriblər ki, Elçin Muradovun göstərişi ilə onlara dəymiş maddi ziyanın ödənməsinin dayandırılmasına etiraz edəcək, ədliyyə naziri Fərid Əhmədovla görüş istəyəcəklər. Eyni zamanda ölkə rəhbərliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevə, Məhkəmə-Hüquq…

Read More
Hadisə 

İşə düzəltmək adı ilə 100-dən çox vətəndaşın pulunu ələ keçirməkdə şübhəli bilinənlər saxlanılıblar

Bakıda müxtəlif vaxtlarda işə düzəltmək adı ilə 100-dən çox vətəndaşın pulunu ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 36 yaşlı Zahid Muradov və 33 yaşlı Nailə Məmmədova saxlanılaraq istintaqa təqdim ediliblər: “Araşdırmalarla müəyyən olunub ki, Z.Muradov və N.Məmmədova ilk olaraq “whatsapp” sosial şəbəkəsində saxta “işə düzəltmə” səhifələri yaradıblar. Özlərini vətəndaşlara səlahiyyətli şəxslər kimi təqdim edərək onlarda inam formalaşdırıblar. Sonrakı müddətdə isə həmin şəxsləri müxtəlif idarələrdə…

Read More