Hadisə 

Həftəsonu ölkə ərazisində 51 kiloqram narkotik aşkarlanıb

Polis əməkdaşları sentyabrın 14-də və 15-də ölkə ərazisində 51 kiloqram narkotik vasitə aşkar edərək götürüblər. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,2 kiloqramdan artıq heroin, 34 kiloqrama yaxın marixuana, 7,3 kiloqramdan çox tiryək, 3,1 kiloqrama yaxın metamfetamin, həmçinin 1600 ədəd metadon həbi və 59 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu olub.

Read More
Hadisə 

“Şəhid xanımıyam” deyib dələduzluq edirmiş – FOTO

Mingəçevirdə dələduzluq edən qadın tutulub. Mingəçevir ŞPŞ-nin əməkdaşları dələduzluqda şübhəli bilinən Rəsmiyyə Kazımovanı saxlayıblar. Məlum olub ki, R.Kazımova zərərçəkmişə özünü şəhid xanımı kimi təqdim edərək, dövlət tərəfindən veriləcək fərdi yaşayış evini ona pay edəcəyini bildirib. O, sənədləşmə üçün həmin şəxsin 22 500 manat pulunu dələduzluqla ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Kazımova barəsində həbs qətimkan tədbiri seçilib. Onun analoji əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər./Qafqazinfo

Read More
Hadisə 

Qusarda yük avtomobili dərəyə aşıb, ölən var

Qusarda yük avtomobili dərəyə aşıb. Piral kəndinin ərazisində 1972-ci il təvəllüdlü, Lökbatan qəsəbə sakini Alşanov Məmməd Gülhüseyn oğlu idarə etdiyi “Kamaz 5511” markalı yük avtomobilində olan mişar daşlarını boşaldan zaman həmin avtomobil dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.\\report.az

Read More
Hadisə 

Bakıda toyda böyük qurğu musiqiçinin BAŞINA AŞDI – Köməyə qaçdılar… + VİDEO

Son zamanlar toyxanalar ən çox diqqət mərkəzində olan məkanlardan birinə çevrilməkdədir. Bu dəfə toyda TikTok-da canlı açan nağara ifaçısı təhlükəli məqamla üz-üzə qalıb. Onun arxasında quraşdırılan böyük “kalonka” musiqiçi canlıda olduğu vaxt onun başına aşıb. Çıxılmaz vəziyyətə düşən musiqiçinin köməyinə müğənni yetişib. O, səsgücləndiricini musiqiçinin başı üzərindən çəkərək, kömək edib. Bu da sözügedən kadrlar: Titul.az

Read More
Hadisə 

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı

Ötən gün Göyçay şəhərində intihar hadisəsi baş verib. Bakıvaxtı.az xəbər verir ki, 37 yaşlı Pünhan Hacıyevin meyiti səhər saatlarında asılı vəziyyətdə yaşadığı evin qonşuluğunda ailəsinə məxsus digər evdə tapılıb. Mərhumun son zamanlar mərc oyunları oynadığı və xeyli borcunun yarandığı bildirilib. İntiharın da bu səbəbdən baş verməsi ehtimal edilir. O, Milli Aviasiya Akademiyasının Hüquq fakültəsini bitirib. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır. İntihar edən 37 yaşlı şəxsin fotosunu təqdim edirik:

Read More
Hadisə 

Sumqayıtda 45 yaşlı kişi ÖLDÜ

Sentyabrın 14-də Sumqayıt şəhərində narkotik cinayətlərinə görə dəfələrlə məhkum olunan, narkotik aludəçisi ürəktutmadan ölüb. Şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən tədbirlər zamanı üzərindən 2 bükümdə psixotrop maddə olan metamfetamin aşkarlanan 1979-cu il təvəllüdlü Sahib Gözəli saxlanılıb. Bu zaman onun halı qəfil pisləşdiyindən təcili tibbi yardım çağırılaraq xəstəxanaya aparılıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət…

Read More
Hadisə 

Şəhid xanımı övladları ilə birgə QƏZAYA DÜŞDÜ – FOTO

Ələt-Astara magistralında yol-nəqliyyat hadisəsi baş verib. Hadisə magistralın Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, Gülnar Abdullayevaya məxsus 77 RY052 nömrəli “Hundai-Sonata” markalı avtomobil idarəetmədən çıxaraq yolayırıcı dəmir məhəccərə çırpılıb. Məlumata görə, xanım sürücü hərəkətdə olarkən ötmə əməliyyatı aparan digər avtomobil tərəfindən vurulub. Qəza vəziyyətini yaradan nəqliyyat vasitəsi hadisə yerində uzaqlaşıb. Qeyd edək ki, xanım sürücü Vətən müharibəsi şəhidi Rəşad Abdullayevin həyat yoldaşıdır. Hadisə zamanı maşında onun 3 uşağı və qadın qohumu olub. Onlar yüngül xəsarətlər alıblar və hadisə yerinə gələn təcili yardım bölməsi tərəfindən ilkin yardım göstərilib. Faktla…

Read More
Hadisə 

Goranboyda YANĞIN – Xəsarət alan var

Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 95 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More