Hadisə 

Culfada ağır qəza- 4 nəfər həlak oldu, 2-si polisdir

Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, qəzada həyatı itirənlərdən 2 nəfər polis əməkdaşı olub. Hadisə yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsindən baş verdiyi ehtimal edilir./Qafqazinfo.az/

Read More
Hadisə 

Azərbaycanda körpə anasının qucağından yerə düşərək öldü

Neftçalada bədbəxt hadisə baş verib. İlkin məlumata görə, rayonun II Qaralı kəndinin sakini, 2001-ci il təvəllüdlü Şəbnəm Etibar qızı Allahverdiyeva qucağında olan əkiz uşaqlarından birini – 2024-cü il təvəllüdlü A.A.-nı əlindən yerə salıb. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan körpə ölüb. Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Read More
Hadisə 

Dövlət sərhədində iki nəfər SAXLANILDI

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisindən sərhədi keçən İran vətəndaşları ölkələrinə təhvil verilib. Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İrandan Azərbaycana keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıb Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada qarşı tərəfə təhvil verilib.

Read More
Hadisə 

Naftalanda sanatoriyada FACİƏ – 36 yaşlı kişi öldü

Naftalan şəhərində yerləşən sanatoriyaların birində bədbəxt hadisə baş verib. Məlumata görə, “Möcüzəli Naftalan” sanatoriyasının işçisi, 1989-cu il təvəllüdlü A. Hüseynov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.//APA

Read More
Hadisə 

Baş həkimi ittiham edən şöbə müdiri işdən uzaqlaşdırıldı – 1 il işləməyəcək

Saatlı Rayon Mərkəzi Xəstəxanasında körpənin doğuşdan sonra ölməsi ilə bağlı açılan cinayət işinin detalları üzə çıxıb. Cinayət məsuliyyətinə cəlb edilən həkim xəstəxananın baş həkimini ittiham edirdi. Musavat.com-un xəbərinə görə, hadisə 2023-cü ilin iyul ayında baş verib. Aysel İbrahimova ikinci doğuş üçün xəstəxanaya müraciət edib. Onun qız övladı dünyaya gəlib. Uşağın səhhətində problem olmadığı bildirilsə də, sonradan ölməsi ilə bağlı ailəsinə məlumat verilib. Bu hadisəyə görə Saatlı xəstəxanasının Ginekologiya və doğum şöbəsinin müdiri Könül Xudatova məsuliyyətə cəlb edilib. İstintaqla müəyyən edilib ki, körpənin ölümünə səbəb ağciyər-ürək çatışmazlığı olub. Bu isə həkimin…

Read More
Hadisə 

Kəlbəcərdə yük maşını dərəyə aşdı- Yaralılar var

Bu gün Kəlbəcər rayonunun Nadirxanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 2005-ci il təvəllüdlü Laçın sakini Fərid Əmrahov “Mercedes Atego” markalı yük avtomobili ilə kənd ərazisində hərəkətdə olarkən dərəyə aşıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan 2004-cü il təvəllüdlü Beyləqan sakini Nihad Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafidir./Qafqazinfo.az/

Read More
Hadisə 

DİN əməliyyat keçirdi – 35 nəfər saxlanıldı

Sentyabrın 9-da ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 74, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Read More
Hadisə 

Azərbaycanı aşağılayan iranlı blogeri nə gözləyir?

Şəhidlər Xiyabanında daha bir turistin qeyri-etik video çəkərək paylaşması qəzəb doğurdu  Bakıda Şəhidlər Xiyabanında daha bir xoşagəlməz hadisə qeydə alınıb. İran vətəndaşı, məşhur bloger Milad Hadinezhad müqəddəs məkanımızda qeyri-etik video çəkərək sosial şəbəkə hesablarında paylaşıb. Bundan əlavə, o, Şəhidlər Xiyabanında yerləşən Əbədi Məşəl abidəsi ilə bağlı yanlış məlumat yayıb. Bu addım ictimaiyyətdə ciddi narazılıq yaradıb.  Qeyd edək ki, Milad Hadinezhad İranda kifayət qədər tanınmış blogerlərdən biridir. Məsələ ilə bağlı müvafiq qurumların araşdırma aparacağı gözlənilirdi. Bəs həmin bloger tapıldımı? Ümumiyyətlə, bu kimi hallar niyə artıb? Bəlkə cəzalar sərtləşdirilsin? Ceyhun Məmmədov Deputat…

Read More