Hadisə 

Su çərşənbəsində bədbəxt hadisə: Yaralılar var

Ötən axşam su çərşənbəsi səbəbi ilə qalanan tonqalda iki yanıq xəsarəti alıb.

Bu barədə Musavat.com-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə tonqalda yanma səbəbi ilə iki çağırış qeydə alınıb.

Çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 15 yaşlı oğlan və 9 yaşlı qız Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunublar.

Daha çox xəbərlər