Hadisə 

Ayşenurun nəşi Bakıdan İstanbula göndərildi – FOTO

Sentyabrın 6-sı Ayşenur Ezgi Eygin adlı türkiyəli aktivist İordan çayının qərb sahilində Fələstinə dəstək məqsədilə keçirilən aksiyada başından vurularaq ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da, orada vəfat edib. Onun cənazəsi Təl-Əvivdən Bakıya gətirilib. 26 yaşlı Eyginin nəşini Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və səfirlik əməkdaşları qarşılayıblar. Bunun ardınca, türkiyəli aktivistin cənazəsi Türk Hava Yollarının təyyarəsi ilə İstanbula, oradan isə İzmirə yola salınıb. Onun Aydında dəfn ediləcəyi qeyd olunub.//Qafqazinfo

Read More
Hadisə 

Polis narkotik əməliyyatı keçirdi – Qardaşlar tutuldu

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Raqif Məmmədov, qardaşı Rövşən və tanışları Saleh Qəribov saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, onlardan 436 qram heroin və 1 kiloqrama yaxın marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Read More
Hadisə 

Vəkil Babək Rzayev HƏBS EDİLDİ

Vəzifəli şəxsin qərarına təsir göstərmək adı ilə vətəndaşdan pul almaqda təqsirləndirilən vəkil həbs edilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Vəkillər Kollegiyasının birgə məlumatında deyilir. Bakı şəhərində yerləşən “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vəkili Rzayev Babək Vahid oğlunun qanunsuz əməlləri barədə toplanmış materiallar əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanıb. İstintaq tədbirləri ilə vəkil Babək Rzayevin muxtar respublikada müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik…

Read More
Hadisə 

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıbFOTO

Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı İbrahim Müzəffərov, Səbuhi Həsənov, Əli Şərifov və Mətin Rzayev saxlanılıblar. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan ümumilikdə 16 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. Xətai Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin son bir ayda həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotiklərlə bağlı ümumilikdə 50 fakt müəyyən edilib. Həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə evlərdən birindən oğurluq edən əvvəllər də eyni…

Read More
Hadisə 

Zaqatalada DƏHŞƏT: autizmli uşağı mərkəzdə döydülər – ŞOK VİDEO

Zaqatalada 3 yaşlı xəstə uşaq şiddətə məruz qalıb. Bu barədə Lent.az-a şiddətə məruz qalan 3 yaşlı Xədicə Həsənzadənin anası Vəfa Həsənova məlum verib. O bildirib ki, övladı autizmdən əziyyət çəkir: “Qızım 9 aydı Zaqatalada Xəqani Psixoloji Reabilitasiya Mərkəzinə gedir. Axır vaxtlar Xədicə qəribə olmuşdu, öz-üzünü şillələyirdi. Mərkəzdə müəllimə qızıma “ava” təlimi keçirdi. Bu təlim autizmli uşaqlara təhlükəsizliyi öyrətməklə bağlıdır. Xədicəni mərkəzə qoyandan sonra açıq pəncərədən onlara baxdım. Gördüm ki, müəllimə qızımın dizinə vurur. Öz narazılığımı mərkəz direktoruna bildirdim. Səhəri gün kamera açılanda başqa şiddətlərlə qarşılaşdım. Bunları videoya çəkdim. Hüquq-mühafizə orqanlarına…

Read More
Hadisə 

Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit aşkarlanıb. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi və Yasamal rayonları ərazisində ümumilikdə iki ünvanda vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub: “Məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində bir nəfər xilas edilib, bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib”, – məlumatda qeyd olunub.

Read More
Hadisə 

Vətən müharibəsi qazisi vəfat etdi

44 günlük Vətən müharibəsində yaralanan qazi Zaur Hacıbala oğlu Həsənov vəfat edib. Bu barədə “Unikal”a onun yaxınları məlumat veriblər. 1974-cü il təvəllüdlü baş leytenant uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

Read More