Hadisə 

Kəlbəcərdə yük avtomobili AŞDI – Ölən və xəsarət alan var

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi olub. Hadisə Kəlbəcər rayon Qamışlı kəndində qeydə alınıb. Belə ki, yük avtomobilinin aşması nəticəsində bir nəfər ölüb, daha bir nəfər ağır bədən xəsarəti alıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan “Report”un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Kəlbəcər rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. “Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Daşkəsən rayon sakini, 1989-cu il təvəllüdlü N. Qasımov “Hovo” markalı yük avtomobili ilə hərəkətdə olarkən…

Read More
Hadisə 

Bakıda avtomobil marketə çırpıldı, yaralananlar var – VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, Yeni Günəşli qəsəbəsində sürücü idarəetməni itirərək avtomobili yol kənarındakı markete çırpıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.09.2024-cü il tarixində saat 17:40-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindən avtomobil qəzası ilə bağlı çağırış daxil olub. Bu barədə TƏBİB-dən APA- nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan 3 nəfər (qadın cinsli), müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Read More
Hadisə 

Yanğında xəsarət alan 5 yaşlı uşaq öldü

Üç gün əvvəl Cəlilabadda yanıq xəsarətləri alan azyaşlı vəfat edib. “Qafqazinfo” xəbər verir ki, 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakıda müalicə olunduğu xəstəxanada ölüb. Qeyd edək ki, Cəlilabadda evdə baş verən yanğın zamanı Rüqəyya yatmış vəziyyətdə olub. Hadisə yerinə gələn FHN-in Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən xilas olunan uşaq ağır vəziyyətdə Bakıya göndərilmişdi.

Read More
Hadisə 

Mehdiyevin kürəkəni Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verdi – Sahibkar “bu yolla bağlarımı talayırlar” deyir

“Ramiz Mehdiyevin kürəkəni illərdir ki, torpaqlarımı ələ keçirib, bu gün də bağlarımda əkdiyim ağacların meyvəsini yığıb satır. Məhkəmələrə heç bir əsası olmayan vəsatətlər, iddialar verməklə hüquqdan sui-istifadə edir.  Günü-günə, ayı-ilə calayırlar ki, bağlarımdan meyvələri yığıb satsınlar. Azərbaycan məhkəmələrindən öz maraqlarının təmin edilməsi üçün bu şəkildə istifadə edir. Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayəti də məhz buna xidmət edir” – bu sözləri Musavat.com-a şabranlı sahibkar Mansur İbrahimov deyib. Onun sözlərinə görə sabiq deputat İlham Əliyev Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etdiyi apellyasiya şikayətinin əsassızlığı müəlliflərinə məlumdur: “Sadəcə bu yolla vaxtı uzadır…

Read More
Hadisə 

Azərbaycanda yasa gedən şəxs öldü

Azərbaycanda yasda ölüm hadisəsi baş verib. Lent.az xəbər verir ki, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Qədirxum” xeyir-şər evində qeydə alınıb. Orada yas məclisinə qatılan, 1946-cı il təvəllüdlü Cəlal Rəfiyev aş yeyən zaman nəfəs borusunda qida qalması nəticəsində ölüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Read More
Hadisə 

Müğənni Kərimi Bakıdakı toyda DÖYDÜLƏR: Saxlanılanlar var

Müğənni Kərim toyda döyülüb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb. Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb. Faktla bağlı araşdırma gedir.

Read More
Hadisə 

11-ci sinif şagirdi intihar etdi- Foto

Qazax rayonunda intihar hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, rayonun Qaymaqlı kənd sakini, 16 yaşlı Şəhrəddin Şirin oğlu Əliyev özünü yaşadığı evdə asaraq həyatına son qoyub. Onun meyitini yaxınları aşkar ediblər. Bildirilib ki, Ş.Əliyev bu il 11-ci sinfə keçibmiş. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

Göygölə qonaq gələn şəxs musiqi üstündə toyda döyülüb

Ağstafa sakini Göygöldə toyda döyülüb. “Report”un Qərb bürosunun məlumatına görə, Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində Ağstafa rayon sakini,1987-ci il təvəllüdlü E. Nəbiyev xuliqanlıq zəmnində döyülərək xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakink R. Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin musiqi sifarişi üstündə baş verməsi məlum olub. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

İsmayıllı meşəsində çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs tutulub

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş Namiq Əsədov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a bildirilib ki, onun meşə massivində əkdiyi 21 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, N.Əsədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  

Read More