Hadisə 

Xocalı və Xocavənddə yanğın: əraziyə helikopterlər cəlb edildi – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xocalı rayonu, Həsənabad kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən Musavat.com-a bildirilib ki, məlumatla əlaqədar əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və aviasiya dəstəsinin helikopterləri cəlb olunub. FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına, o cümlədən meşə zolağına keçməsinə imkan verilmədən söndürülüb. Həmçinin, Xocavənd rayonunun Cütcü kəndi istaqamətində açıq ərazidə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında nazirliyin qüvvələri əraziyə cəlb olunub. Hazırda göstərilən istiqamətdə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə…

Read More
Hadisə 

Əhmədin məhkəməsi 1 ay sonraya qaldı

Bütün ailə üzvlərini amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir. “Qafqazinfo”nun məlumatına görə, 25 yaşlı Əhməd bu gün saxlanıldığı xüsusi xəstəxanadan polisin müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilməli idi. Lakin onun məhkəmədə iştirakı təmin edilməyib. Bu səbəbdən məhkəmə prosesi oktyabrın 8-nə təxirə salınıb. Qeyd edək ki, bundan əvvəlki prosesdə prokurorluğun göndərdiyi qərar elan edilmişdi. Qərarda yazılıb ki, təqsirləndirilən şəxsin hadisəni anlaqsız vəziyyətdə törətməsi həkim rəyləri ilə öz təsdiqini tapıb. Bu səbəbdən o, cəzadan azad edilərək ixtisaslaşmış müalicə müəssisəsinə köçürülməlidir. Xatırladaq ki, ilin ən dəhşətli cinayəti…

Read More
Hadisə 

Çağırışa gələn təcili yardımın həkimini təhqir etdi, cəzalandırıldı

Qobustan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım həkimini söyən pasiyent cəzalandırılıb. Məlumata görə, 1986-cı il təvəllüdlü B.N. avqustun 28-də səhhətində yaranan problemlə əlaqədar Qobustan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə zəng vuraraq həkim çağırıb. B.N.-ni müayinə etmək üçün həkim Aytən Şərifova çağırış briqadası ilə Çalov kəndinə gedib. Həmin şəxs dayanacaqda onların maşınını dayandıraraq, “məni xəstəxanaya aparın” deyib və sonra isə “sayrışan işığı niyə yandırmamısınız?” deyərək onların üstünə qışqırıb. Həkim Aytən Şərifova pasiyenti sakitləşdirib və təcili tibbi yardımla onu Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstəxananın həyətində pasiyent yenidən həkimlə mübahisə…

Read More
Hadisə 

2 polkovnikə hökm oxundu – Müdafiə Nazirliyindən 143 milyonluq oğurluq işi

Bakı Hərbi Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin iki polkovnikinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. ARANTV.AZ  xəbər verir ki, hakim qarşısına çıxarılan Nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyevlə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanova hökm oxunub. Hər iki polkovnik Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsində aparılan yoxlamalar çərçivəsində həbs olunmuşdular. 1 il yaxın davam edən məhkəmə araşdırmalarının nəticəsi olaraq dövlət ittihamçısı hər iki sabiq rəisin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Mahir Şirvanov tərəfindən vurulmuş…

Read More
Hadisə 

Paralimpiadadan sonra iki idmançı İTKİN DÜŞDÜ

Konqo Respublikasından olan iki idmançı Fransada keçirilmiş Paris-2024 Yay Paralimpiya Oyunlarından sonra itkin düşüb. Bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Bildirilir ki, yarışdan sonra nizə atıcısı Mirey Nqanqa, atlet Qreys Muambako və bələdçi komandanın olduğu yerə qayıtmayıblar. Sentyabrın 5-dən sonra onlarla əlaqə saxlamaq mümkün olmayıb. Atletləri son olaraq paralimpiya kəndində görüblər. Yerli prokurorluq idmançıların itkin düşməsi ilə bağlı araşdırma aparır. Onların bilərəkdən qaçdıqları ehtimal edilir. Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatıb.//Report

Read More
Hadisə 

42 yaşlı kişi intihar etdi

Lənkəran rayonunda intihar hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, rayonun Şirinsu kənd sakini, 1982-ci il təvəllüdlü Vüsal Hüseynov gecə saat 12 radələrində özünü asaraq intihar edib. Onun meyiti yaşadığı evin 3-cü mərtəbəsindəki otaqda asılı halda aşkarlanıb. Bildirilir ki, 2 uşaq atası olan V.Hüseynov ailədaxili münaqişə səbəbindən həyatına son qoyub. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

Sabirabadda AĞIR QƏZA – Ölən var

Sabirabadda ötən gün yük və minik avtomobilin iştirakı ilə baş verən qəzada xəsarət alan şəxs xəstəxanada ölüb. Rayonun Kovlar kəndi ərazisində “KİA Ceed” markalı avtomobili ilə “Qazel” markalı yük avtomobilinin toqquşması nəticəsində xəsarət alan minik avtomobilin sürücüsü Səbuhi Süleymanlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq S.Süleymanlı xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.//Report

Read More
Hadisə 

Bakıda evdən 89 min manatlıq oğurluq olub

Yasamal rayonu ərazisində evlərin birindən oğurluq olub. Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən ev sahibi oradan 74.000 manat pul və 15.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.Bağışov və 2 qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Read More