Hadisə 

Namaz qılmaq üçün məscidə getdi – Yoxa çıxdı

Siyəzən rayonunda gənc oğlan itkin düşüb. “Qafqazinfo” xəbər verir ki, Siyəzən şəhər S.Xeyrullayev küçəsində yaşayan S.Məlikova oğlunun itkin düşməsi barədə polisə müraciət edib. Siyəzən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən qadın bildirib ki, 23 yaşlı oğlu M.Məlikov sentyabrın 7-də saat 13 radələrində məsciddə namaz qılmaq adı ilə evdən çıxıb. Lakin həmin saatdan sonra ana oğlundan xəbər ala bilməyib. Müraciətlə bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Xızıda saxlanılan şəxsdən metamfetamin və heroin aşkarlanıb

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ayaz Akif oğlu saxlanılıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib Bildirilib ki, onun üzərindən güclü təsiredici xassəyə malik heroin və psixotrop maddə olan metamfetamin aşkarlanıb. O, heroin və metamfetamini sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirib. “Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir”, – məlumatda qeyd olunub.

Read More
Hadisə 

Azərbyacanda 13 yaşlı uşaq faciəvi şəkildə öldü

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 7-də saat 02 radələrində Ali Mamedov idarə etdiyi “Vaz 21074” markalı avtomobillə Masallı rayonunun Şıxlar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobildə olan 13 yaşlı sərnişin aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb. Qəza ilə bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Azərbaycanda ağır yol qəzası: Ölən və yaralanan var – Fotolar

Samuxda ölümlə nəticələn yol qəzası baş verib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun APA-ya bildirdiyinə görə, “Hyundai” və “Lada-21015” markalı avtomobillərin toqquşması nəticəsində “Lada” avtomobilinin sürücüsü E. Əhmədov müxtəlif bədən xəsarətləri alıb. Sərnişin 1945-ci il təvəllüdlü Gilə Məmmədova isə aldığı xəsarərlərdən ölüb. Hadisə yerinə Samux RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.

Read More
Hadisə 

Azərbaycanda ağır qəza: 1 ölü, 5 yaralı

Salyan rayonunda ağır yol qəzası baş verib. Hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan avtomobil yolun kənarında dayanan digər nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində Neftçala rayon sakinləri – Həşimzadə Kamran Əlihüseyn oğlu, Əliyeva Dilbər Habil qızı, Həşimzadə Mədinə Azər qızı, Əliyev Azər Atakişi oğlu, Həşimzadə Əli Kamran oğlu, Həşimzadə Əlihüseyn Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin Kamran Həşimzadənin həkimə qədər ölüm faktı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır. (Report)

Read More
Hadisə 

Naxçıvanda 9 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb

Naxçıvanda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. ARANTV.AZ xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, bu gün Babək rayon Zeynəddin kəndində 2015-ci il təvəllüdlü H. T-nı yaşadığı evində elektrik cərəyanı vurub və o, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

AMEA-nın binasında ÖLÜM

Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasında ölüm hadisəsi baş verib. Məlumata görə, sentyabrın 5-i saat 12 radələrində H.Cavid prospekti 23-də yerləşən binada Akademiyanın əməkdaşı 1964-cü il təvəllüdlü Nəsir Köçəri oğlu Nəsirov dünyasını dəyişib. Bildirilib ki, N.Nəsirov qurumun təsərrüfat şöbəsində bağban kimi çalışırmış. Onun infarktdan öldüyü qeyd edilib. Faktla bağlı araşdırmalar aparılır.//Qafqazinfo

Read More
Hadisə 

Azərbaycanda bir ailənin 4 üzvü qidadan zəhərləndi

Goyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib. APA-nin Şirvan bürosu xəbər verir ki, Göyçayın Xəlitli kənd sakinləri – Əhmədova Malikə (1990-cı il təvəllüdlü), Əhmədova Sədaqət (1958), Əhmədov Turan (2014) və Əhmədzadə Zərinə (2018) zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.   Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə, ailə üzvləri lavaşdan zəhərləndiklərini bildiriblər. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Beyləqanda narkotik vasitə qəbul edib avtomobil idarə edən sürücü həbs edilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Arantv.az- a verilən məlumata görə, Beyləqan RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Mersedes” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Əli İbadova “saxla” işarəsi verib.   Araşdırmalarla sürücünün narkotiklərin təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi müəyyən edilib.   Ə.İbadov barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Read More