Hadisə 

Azərbaycanda sirkə turşusundan 4 nəfər ÖLDÜ – RƏSMİ

Avqust ayında 103 nəfər zəhərlənib. Bu barədə Musavat.com-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən məlumat verilib. Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 34 nəfər dərmandan, 28-i sirkə turşusundan, 12-si kimyəvi maddələrdən, 1-i spirtli içkidən, 2-si fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir. “Həmçinin 16 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər rodensisid (siçan dərmanı ilə zəhərlənmə), 1 nəfər botulizm səbəbilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib”, – qeyd olunub. Məlumata görə, ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.

Read More
Hadisə 

DİN-dən BÖYÜK ƏMƏLİYYAT – 38 kiloqram narkotik…

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklə Mübarizə İdarəsi əməliyyat keçirib, 38 kiloqram narkotik dövriyyədən çıxarılıb. Bu barədə Musavat.com-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən məliyyatlarla mütəşəkkil dəstə üzvləri əvvəllər dəfələrlə məhkum olunmuşlar Elçin Həmzəyev, Hüseyn Fətullayev və tanışı Seyfət Pənahov saxlanılıblar. Məlumata görə, onların üzərindən və avtomobillərindən 38 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və tiryək aşkarlanıb. “Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar. Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin…

Read More
Hadisə 

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Elçin Əliyevin anası Ulduz Əliyeva vəfat edib. ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Onun uzunsürən xəstəlik səbəbilə dünyasını dəyişdiyi bildirilib. Qeyd edək ki, Elçin Əliyev 4 mart 1994 – cü ildə Mingəçevirdə anadan olub. O, 2016-cı il Aprel döyüşlərində iştirak edib. E. Əliyev 2020-ci ildə Talış kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Prezidentin Sərəncamına əsasən, “Suqovuşanın azad olunmasına görə” medalı ilə (ölümündən sonra) təltif edilib.

Read More
Hadisə 

20 Yanvarda “KAMAZ” tuneli uçurdu

Bu gün səhər saatlarında “KAMAZ” markalı yük maşını 20 Yanvara girişdə yerləşən tuneli uçurub. Bu barədə Musavat.com-a sərnişinlər məlumat verib. Bildirilib ki, hadisə ilə əlaqədar yol bağlanıb. Avtomobil sürücüləri alternativ yollardan istifadə edərək şəhərə girməyə çalışırlar. Yolda böyük tıxac yaranıb.

Read More
Hadisə 

1 ay əvvəl Laçında minaya düşən şəxs vəfat etdi – FOTO

Avqustun 3-də Laçında minaya düşən şəxs vəfat edib. Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Vağazin kəndinin sakini, “Riyaziyyat” müəllimi Əli Süleymanov tibbi yardımlara baxmayaraq dünyasını dəyişib. Bildirilir ki, hadisə Laçın rayonunun Kalafalıq kəndində baş verib. Süleymanov Əli Zeynalabdin oğlu kəndi ərazisində Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində o, sol ayağından xəsarət alıb.

Read More
Hadisə 

20 gün sonra nişanı olacaqdı, meyiti tapıldı – FOTO

Lənkəranda 31 yaşlı kişinin meyiti tapılıb. ARANTV.AZ  Qafqazinfo-ya xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində olub. Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Əhəd Sərxan oğlu Əkbərli yaşadığı evin həyətindəki yarımtikilidə asılmış vəziyyətdə tapılıb. Qeyd edək ki, evdə tək yaşayan Əkbərin sentyabrın 22-si nişan mərasimi planlaşdırılıbmış. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

17 yaşlı qızı ərə vermək istədilər – Polis işə qarışdı

İmişli Rayon Polis Şöbəsinin müdaxiləsindən sonra rayonda 17 yaşlı qızın toyu təxirə salınıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Qeyd olunub ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və bəhs edilən halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb.

Read More
Hadisə 

Gəncədə sirkə turşusu içən qadın xəstəxanada öldü

Gəncədə zəhərlənmə hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin F.Bayramov küçəsində qeydə alınıb. Belə ki, 1941-ci il təvəllüdlü M.Babayeva evdə sirkə turşusu içərək zəhərlənib. Yaşlı qadın xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, M.Babayevanın həyatını xilas etmək mümkün olmayıb. Qadının hansı səbəbdən sirkə turşusu içdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Read More