Hadisə 

Azərbaycanda avtomobillər toqquşdu: yaralılar var – FOTO

Zaqatalada baş verən yol qəzasında xəsarət alanlardan 4-ü bir ailənin üzvüdür. Onlar rayonun Aşağı tala kənd sakinləri – 1962-ci il təvəllüdlü Cəlil İspəndiyar oğlu Abbasov, 1964-cü il təvəllüdlü Sevda İsmayıl qızı Abbasova, 2017-ci il təvəllüdlü Enes Vüqar oğlu Abbasov və 2009-cu il təvəllüdlü Tuncay Tural oğlu Balayevdir. Beşinci xəsarət alan şəxs isə rayonun Kürdəmir kənd sakini 1995-ci il təvəllüdlü Elçin Çingiz oğlu Ramizlidir./APA

Read More
Hadisə 

Şəhid anası vəfat etdi – FOTO

Şəhid Sadiqov Rəsul Həşim oğlunun anası Elnarə Sadiqova vəfat edib. ARANTV.AZ  xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, şəhid anası xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Xatırladaq ki, Sadıqov Rəsul Həşim oğlu 2001-ci il martın 3-də Bakı şəhərində dünyaya gəlib. 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib. 2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mehdiabadda dəfn olunub. Rəsul Sadiqov ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.  

Read More
Hadisə 

Kəlbəcərdə avtomobil aşıb – ÖLƏN VAR

Kəlbəcərin Vəng kəndində avtomobil aşıb, ölən var. “VAZ-21099” markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, tikinti şirkətlərinin birində işləyən Rəsul Quliyev hadisə yerində ölüb. Digər sərnişin M.Nəcəfov müxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə Kəlbəcər rayon polis şöbəsinin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir./Report

Read More
Hadisə 

Masallıda film kimi OLAY: özünü asan kişi təsadüf nəticəsində sağ qaldı

Masallıda intihara cəhd hadisəsi olub. Rayon sakini olan 52 yaşlı Həsən Yusifov (ad və soyad şərti) yaşadığı evdə özünü asıb. Lakin təsadüfən evdə olan oğlu onun bu əməlinin qarşısı alıb və atasının həyatını xilas edib. Əldə etdiyimiz məlumata görə, Həsən Yusifovun intihara cəhd etməsinin səbəbi ailəsindən ayrılması olub. Belə ki, ailə üzvləri ondan ayrılıb və o, evdə tək yaşayıb. Bundan bezən kişi özünü asıb. Lakin həmin an atasına baş çəkməyə gələn oğlu həm də onun xilaskarı olub. Hazırda faktla bağlı araşdırma aparılır. (lent.az)

Read More
Hadisə 

Azərbaycanda müəllim özünü internet xəttinin dirəyindən asdı

İmişlidə idman müəllimi intihar edib. APA-nın məlumatına görə, İmişlinin Xoşçobanlı kənd sakini, 1968-ci il təvəllüdlü Rüstəm Əziz oğlu Aslanov özünü internet xəttinin dirəyindən asaraq intihar edib. Qeyd edək ki, R.Aslanov kənd məktəbində idman müəllimi kimi çalışırmış. Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

İş adamı Vaqif Hacıyev intihar etdi – DETALLAR

Bakı Apellyasiya Məhkəməsində özünü öldürmə həddinə çatdırma, dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Səbuhi Heydərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib. İttihama görə, 6 yanvar 2021-ci il tarixində iş adamı Vaqif Hacıyevin intihar etməsindən bir neçə gün əvvəl sahibi olduğu şirkətdə sahə rəisi işləyən 1972-ci il təvəllüdlü Sübhi Heydərovun hüquq-mühafizə orqanlarına şikayət etməsi məlum olub. Aparılan araşdırmalarla izolyasiya materialları biznesi ilə məşğul olan sahibkarı intihara…

Read More