Hadisə 

MN-in ehtiyatda olan zabiti həbs edilib

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi, ehtiyatda olan polkovnik-leytenant Məmmədli Rüstəm Ağali oğlu həbs edilib. ARANTV.AZ  xəbər verir ki,  bunu hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. O bildirib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Məmmədli Rüstəmə Cinayət Məcəlləsinin 32.3, 179.3.2-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib: “Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq…

Read More
Hadisə 

Sərhədi pozmağa cəhd edən Əfqanıstan vətəndaşları SAXLANILDI

Dövlət sərhədini pozmağa cəhd edən 3 Əfqanıstan vətəndaşı saxlanılıb. Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, avqust ayının 27-də saat 18:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 (üç) nəfər Əfqanıstan vətəndaşları Səmədi Səfi Abdurrəhman oğlu, Səttari Sifər Xan oğlu və Vəkili Muhb Seyfulla oğlu saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Read More
Hadisə 

Tanınmış meyxanaçı xəstəxanalıq oldu – FOTO

Meyxanaçı Rövşən Binəqədili xəstəxanalıq olub. Səhhətində ciddi problem yaranan meyxanaçı paytaxtın xəstəxanalarından birinə yerləşdirilib. Onun müalicəsi xəstəxana şəraitində davam etdirilir. Qeyd edək ki, hələ bu ilin aprelində meyxanaçının atası Qorxmaz Musayev 70 yaşında vəfat edib. Mərhum uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Xatırladaq ki, Rövşən Binəqədili Vətən Müharibəsi dövründə sosial şəbəkələrdə trendə və müzakirə mövzusuna çevrilmiş “Can gedirik almağa” mahnısı ilə məşhurluq qazanıb.//Titul.az

Read More
Hadisə 

Oğuzda ayı kişiyə hücum etdiFOTO

Oğuz rayonunda ayı 62 yaşlı kişiyə hücum edərək yaralayıb. “Report”un məlumatına görə, hadisə Xalxal kəndinin inzibati ərazisindəki yaylaqda baş verib. Belə ki, Calut-2 qəsəbəsində məskunlaşmış Xocalı rayon sakini, 1962-ci il təvəllüdlü Bakir Sabir oğlu Əliyev yaylaq ərazisində mal-qara otararkən ayı anidən heyvanlara hücum edib. Bu zaman heyvanları xilas etmək istəyən sakin özü də ayının hücumuna məruz qalıb. Əlindən və ayağından xəsarət alan Bakir Əliyev Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Read More
Hadisə 

İsmayıllıda narkotik satmaqda şübhəli bilinən 2 nəfər saxlanılıb

İsmayıllıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Eldar Abbasov və Əcəb İsmayılovu saxlanılıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, onlardan ümumilikdə 65 ədəd çətənə bitkisi və 5 kiloqrama yaxın marixuana aşkarlanıb. Saxlanılanların narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdikləri və aqrotexniki qaydada qulluq göstərdikləri müəyyən olunub. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Read More
Hadisə 

Azərbaycanlı gənc boğaz əməliyyatından sonra öldü

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı gənc əməliyyatdan sonra ölüb. Hadisə Dunay prospektində yerləşən özəl klinikalardan birində baş verib. Xəstə badamcıqlarının çıxarılması əməliyyatından sonra dünyasını dəyişib. Bu barədə tibb müəssisəsinin administratoru polisə müraciətində bildirib. O, klinikada hadisə olduğunu deyib. Müəyyən edilib ki, 20 yaşlı oğlanın badamcıqları kəsilib. Ölümün səbəbini müəyyən etmək üçün meyit məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib. İstintaq Komitəsi araşdırma aparır. (lent.az)

Read More
Hadisə 

Azərbaycanda qayınanasını baltalayaraq qaçan gəlinin meyiti tapıldı

Bir müddət əvvəl Daşkəsəndə qayınanasını baltalayaraq qaçan gəlinin ötən gün meyiti tapılıb. Oxu.Az-ın əldə etdiyi məlumata əsasən Səidə Həsənovanın meyiti qayınanasını baltaladığı evdən təxminən 500 metr uzaqda, kolluq ərazidə tapılıb. Üzərində zorakılıq əlamətləri olmadığı üçün intihar etdiyi ehtimal edilir. S.Həsənovanın meyiti iki-üç gün əvvəl aşkar edilsə də, dünən dəfn edilib. Xatırladaq ki, hadisə 27 iyul tarixində baş verib. Belə ki, qayınanası Tahirə Qurbanovanı baltalayaraq hadisə yerindən qaçan gəlin S.Həsənova qadının oğlu Nofəl Qurbanovun üçüncü arvadı olub. Hadisəyə səbəb kimi T.Qurbanovanın oğlunun evə həyat yoldaşı kimi gətirdiyi xanımı öz gəlini kimi…

Read More