Hadisə 

9 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ““İki sahil”ə verilən məlumata görə, tədbir zamanı 37 yaşlı Balağa Nuriyev və əvvəllər məhkum olunmuş 49 yaşlı Məhərrəm Məmmədov saxlanılıblar. Həmin şəxslərdən 9 kiloqram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Read More
Hadisə 

SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu

Yerli vaxtla saat 18:55-də Şamaxı rayonunda 3,8 maqnitudada zəlzələ olub. Musavat.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə, Pirqulu stanasiyasından 9 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, Pirqulu, Şamaxı, Çuxuryurd, Avaxıl, Qızmeydanı, Qaleybuğurd və ətraf kəndlərdə 4-3 bala qədər hiss olunub. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Read More
Hadisə 

Elşad Xose həbs edildi – SƏBƏBİ…

Məşhur reper Elşad Xose həbs edilib. “İki sahil” Qaynarinfo-ya istinadla xəbər verir ki, 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub. Buna səbəb Elşad Xosenin Yasamal rayonu, Ş.Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub. Reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmədə Elşad Xose ailəli, ictimai xadim olduğunu və müalicə aldığını qeyd edib. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Elşad Xose tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Read More
Hadisə 

23 yaşlı Şükranın ölümündə şübhəli məqamlar – Hadisə günü işə getməyibmiş – VİDEO

Cəlilabad rayonunun Üçtəpə kəndində bədbəxt hadisə baş verib. Kənd sakini, 23 yaşlı Şükran İsayevanın yaşadığı evin hamamında meyiti tapılıb. Onun dəm qazından zəhərlənərək öldüyü deyilsə də, mərhumun atası başqa ehtimalların olduğunu bildirir. “Şükran günortadan sonra işə getmədi və evdə təmizlik edəcəyini bildirdi. Bir müddət sonra Təranə otağa gələrək Şükranın evdə olmadığını dedi. Həmin an onun hamamda ola biləcəyini düşündüm. Hamama 1-2 saniyəyə çatdım. Qapını açan kimi balamı o vəziyyətdə gördüm. Qucaqladım, rəngi ağappaq idi. Nəbzini yoxladım, hiss olunmurdu. Onu yuxarı qaldırdım, sinə masajı etdim, süni nəfəs verdim, amma reaksiya vermədi.…

Read More
Hadisə 

Cəbrayılda mina partladı – Xəsarət alan var

İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Qeyd edilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Read More
Hadisə 

Partlayışda ölən SOCAR-ın işçisi imiş – RƏSMİ

“SOCAR Petroleum” QSC bu gün Qazaxda baş verən partlayışla bağlı məlumat yayıb. Musavat.com xəbər verir ki, məlumatda bu gün Qazax rayonunun Xanlıqlar kəndi ərazisində QSC-yə məxsus 7 saylı neft bazası sahəsində partlayışla müşayiət olunan yanğın hadisəsinin baş verdiyi bildirilib. Qeyd olunub ki, partlayış yanacaq daşıyan avtomobildə doldurma prosesi zamanı baş verib. “Yanğın hadisəsi ilə bağlı dərhal FHN-ə məlumat verilib. Hadisə yerinə çevik olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətrafa yayılmasının qarşısı alınıb, qısa…

Read More
Hadisə 

Goranboyda ailə faciəsi- Ata və oğlu qəzada öldü

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Musavat.com “Unikal”a istinadən xəbər verir ki, Nadirkənd kəndi ərazisində minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, Kələk kənd sakini 1986-cı il təvəllüdlü A.Hüseynov və onun övladı 2008-ci il təvəllüdlü S.Hüseynov həlak olub. Sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü L.Əliyeva və 2014-cü il təvəllüdlü Y.Hüseynova isə müxtəlif xəsarətlər alıblar. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Şəmkirdə şəhər meydanında yolka yandı – FOTO

Musavat.com xəbər verir ki, Şəmkirdə şəhər meydanında quraşdırılan Yeni il yolkası atəşfəşanlıq zamanı yanıb. Yanğının fişəngin yolkanın üzərinə düşməsi nəticəsində baş verdiyi bildirilir. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub və alov qısa müddətdə söndürülüb. İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb.   Musavat.com

Read More
Hadisə 

Lerikdə mikroavtobus dərəyə AŞDI – Yaralılar var

Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil idarəetmədən çıxıb və dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə 6 nəfər yaralı daxil olub. İlkin məlumata görə, onlar Lerik sakinləri olub, Bakıdan qayıdırlarmış. Xəsrət alanların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.//Report

Read More