Lerikdə mikroavtobus dərəyə AŞDI – Yaralılar var
Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var.
Hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil idarəetmədən çıxıb və dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə 6 nəfər yaralı daxil olub.
İlkin məlumata görə, onlar Lerik sakinləri olub, Bakıdan qayıdırlarmış. Xəsrət alanların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.//Report

