Hadisə 

Tovuzda qəza, sürücü ağır yaralandı

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./Sfera.az

Read More
Hadisə 

Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş – FOTO

Dünən axşam saatlarında Novxanı-Pirşağı yolunda baş verən ağır qəzada həlak olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva vəzifəli şəxsin xanımı imiş. Musavat.com-un “Qafqazinfo”ya istinadla məlumatına görə, mərhum hakimin həyat yoldaşı Ceyhun Hümbətov Baş Prokurorluğun idarə rəisidir. Belə ki, baş ədliyyə müşaviri olan C.Hümbətov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisidir. O, daha əvvəl baş prokuror Kamran Əliyevin böyük köməkçisi vəzifəsini də tutub.

Read More
Hadisə 

Bakıda evdə yanğın, ölən var

Paytaxtın Səbail rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Musavat.com xəbər verir ki, Cənub Dərə küçəsində yerləşən evdə qısaqapanma nəticəsində yanğın olub. Nəticədə Starçevoy Andrey Vladimiroviç yanaraq həlak olub. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

SON DƏQİQƏ! Bakıda dəhşətli qəza: Ölən var

Bakı şəhərinin Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı deformasiyaya uğrayan avtomobildən sıxılı vəziyyətdə qalan bir nəfərin meyiti çıxarılıb. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, qəza yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Müəyyən edilib ki, “Renault” markalı minik avtomobili aşıb və 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Read More
Hadisə 

Ağdamda traktor minaya düşüb, xəsarət alan var

Ağdam rayonunda mina hadisəsi baş verib. “İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb. Bildirilib ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində dekabrın 17-si saat 22:00 radələrində mina hadisəsi baş verib. “1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha…

Read More
Hadisə 

Azərbaycanda gəmi kapitanı və daha 2 nəfər həbs olundu

Azərbaycanda siqaret qaçaqmalçılığında ittiham edilən daha 3 nəfər həbs edilib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə siqaret qaçaqmalçılığı ilə bağlı axtarışda olan şəxslər – gəmi kapitanı Elşən Əhmədov, matros Amid Sayılov və mexanik Elçin adlı şəxs hava limanında saxlanılıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslərin “RR Caspi” MMC-nin işçiləri olduğu bildirilir. İttihama görə, onlar qaçaqmalı Ələt qəsəbəsində yaradılmış yanalma körpüsünə gəmi ilə gətirib, orada 3 yük maşınına yükləyiblər. Gəminin də “RR Caspi” MMC-yə məxsus olduğu bildirilir. Onlara Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 ve…

Read More
Hadisə 

Tovuzda toyunun qarşısı alınan 14 yaşlı qız danışdı – VİDEO/YENİLƏNDİ

Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tərəfindən mərasimin qarşısı alınan qız danışıb. N.Ə Teleqraf-ın Qərb bürosuna açıqlamasında toy mərasiminin keçirilmədiyini deyib: “Sadəcə “Hə” mərasimi keçirilirdi. Toy və ya nişan olmayıb. Ailə quracağım bəylə dağda tanış olmuşdum. Anası-atası da bilirdi. “Hə” almağa gəlmişdilər, o da baş tutmadı”. N.Ə oğlan evi tərəfdən cəmi 5-6 nəfərin gəldiyini deyib: “Qeyd elədiyim kimi, “hə” almağa gəlmişdilər, mərasim də bu münasibətlə keçirilirdi. Yaşım 18-ə çatanadək məni gözləyəcəkdilər. Yaşım tamam olduqdan sonra toyumuz olacaqdı”. N.Ə həmçinin bildirib ki, təhsil almaq arzusu olub, amma imkansızlıqdan təhsilinə…

Read More