Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş – FOTO
Dünən axşam saatlarında Novxanı-Pirşağı yolunda baş verən ağır qəzada həlak olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva vəzifəli şəxsin xanımı imiş.
Musavat.com-un “Qafqazinfo”ya istinadla məlumatına görə, mərhum hakimin həyat yoldaşı Ceyhun Hümbətov Baş Prokurorluğun idarə rəisidir.
Belə ki, baş ədliyyə müşaviri olan C.Hümbətov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisidir. O, daha əvvəl baş prokuror Kamran Əliyevin böyük köməkçisi vəzifəsini də tutub.



