Hadisə 

Cəlilabadda 6 aylıq körpə iynədən sonra dünyasını dəyişdi

Cəlilabadda 6 aylıq körpə iynə vurulduqdan sonra dünyasını dəyişib. Musavat.com Teleqraf-a istinadən xəbər verir ki, Səttərxan küçəsi sakini Amiq Mirzəyev 6 aylıq övladının səhhətində problem yarandığı üçün onu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinə aparıb. Məlumata görə, uşağı müayinə edən həkim Davud Qurbanov ona iynə vurub. Valideyn bildirir ki, iynədən sonra körpənin vəziyyəti daha da ağırlaşıb və o, təcili şəkildə paytaxtdakı xəstəxanalardan birinə aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Read More
Hadisə 

Gəncədə üç nəfər dəm qazından zəhərlənib

Gəncədə dəm qazından zəhərlənmə olub. Hadisə şəhərin “Məhrəsə bağı” adlanan ərazisində qeydə alınıb. 2008-ci il təvəllüdlü Gülnar Cəfərova, 1976-cı il təvəllüdlü Leyla Cəfərova və 1991-ci il təvəllüdlü Zeynəb Qurbanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətiriliblər. Onların yaşadıqları evdə dəm qazından zəhərləndikləri bildirilir. Faktla bağlı araşdırma aparılır. Oxu.Az

Read More
Hadisə 

Yanğında ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəridir

Yasamalda yaşayış binasında yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəridir “Report”un əldə etdiyi məlumata görə, yanğın nəticəsində 1977-ci il təvəllüdlü Könül Hümbətova yanğın nəticəsində tüstüdən zəhərlənərək ölüb. Qeyd edək ki, hadisə nəticəsində həmçinin 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu ölüb. Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Read More
Hadisə 

Həmin yanğında ölənlərdən biri də komendant imiş

Dünən Bakının Yasamal rayonunda Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın üç nəfərin həyatını itirməsi ilə nəticələnib. Musavat.com xəbər verir ki, teleqraf-ın məlumatına görə həyatını itirənlərdən biri 1983-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov olub. O həmin binanın komendantı kimi çalışırdı və yanğın baş verən binada yaşayırdı. Hadisə zamanı 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli və Bakı Milli Geyim Evinin rəhbəri olan 48 yaşlı Könül Vəlibəy qızı Hümbətova da həyatını itirib. Könül Vəlibəylinin qızının vəziyyətinin ağır olduğu bildirilir. Hadisə nəticəsində yaranan tüstüdən azı iyirmi nəfər təsirlənib və…

Read More
Hadisə 

Yasamalda binada baş verən yanğın söndürüldü – ölənlər var – VİDEO

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın zamanı iki nəfər tüstüdən boğularaq ölüb. “Report”un əldə etdiyi ilkin məlumata görə, yanğın zamanı ölənlərdən biri yeniyetmədir. Hadisə zamanı daha 14 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən binanın elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb. Mənzillər yanğından mühafizə olunub. *** Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın məhdudlaşdırılıb. Musavat.com xəbər verir ki, bu barədə FHN-dən bildirilib. *** Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.…

Read More
Hadisə 

Bakıda təmir sexində yanğın – “Porsche” yandı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub. Musavat.com nazirliyin Mətbuat xidmətində istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 450kv.m. olan avtomobil təmiri sexində təmirə dayanmış “PORSCHE” markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək digər avtomobillərə keçməsinə, o cümlədən sexə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları yanıb. Avtomobil təmiri sexi və sexdə yerləşən digər avtomobillər…

Read More
Hadisə 

Lənkəranda kişi sinif yoldaşına zəng edən arvadını döydü

Lənkəranda kişi arvadını döyüb. Musavat.com “Lent.az”a istinadən xəbər verir ki, hadisə şəhərin Mirsalayev küçəsində qeydə alınıb. 41 yaşlı Balamir Məlikov (ad və soyad şərtidir) yaşadıqları evdə arvadı ilə aralarında yaranan mübahisə zamanı qadının əlini pəncərənin arasında sıxıb, sonra da yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib. Faktla bağlı Balamir Məlikov barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, arvadı sinif yoldaşına zəng etdiyi üçün aralarında mübahisə yaranıb: “14 ildir ki, evliyəm, 1 övladımız var. Arvadım çox qısqancdır. Sinif yoldaşımın atası dünyasını dəyişmişdi. Bakıya yasa getmişdim.…

Read More
Hadisə 

Yasamalda 15 yaşlı gənc qız üstündə bıçaqlanıb? – Hadisənin şahidi danışdı – VİDEO

15 yaşlı yeniyetmə bıçaqlanaraq qətlə yetirilib. Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, hadisə ötən gün paytaxtın Yasamal rayonu Əsəd Əhmədov küçəsində yaşayış binasının həyətində baş verib. Şahidlər deyirlər ki, hər iki şəxs orda yaşamayıb. Onların yeni Yasmalda qaldıqları bildirilir. Amma buna baxmayaraq onlar gəlib həmin söhbətgahda əyləşirmişlər. Əraziyə Təcili Tibbi Yardım çağırılıb. TƏBİB-dən bildirildi ki, 15 yaşlı şəxs sol budun aşağı üçdə bir hissəsinin kəsilmiş – deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Həkimlərin çoxsaylı səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Daxili İşlər Nazirliyindən bildirdi ki, polis…

Read More