Cəlilabadda 6 aylıq körpə iynədən sonra dünyasını dəyişdi
Cəlilabadda 6 aylıq körpə iynə vurulduqdan sonra dünyasını dəyişib.
Musavat.com Teleqraf-a istinadən xəbər verir ki, Səttərxan küçəsi sakini Amiq Mirzəyev 6 aylıq övladının səhhətində problem yarandığı üçün onu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinə aparıb.
Məlumata görə, uşağı müayinə edən həkim Davud Qurbanov ona iynə vurub. Valideyn bildirir ki, iynədən sonra körpənin vəziyyəti daha da ağırlaşıb və o, təcili şəkildə paytaxtdakı xəstəxanalardan birinə aparılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

