Hadisə 

Bakıda güclü yanğın: ÖLƏN VAR

Bakının Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən yanğın nəticəsində bir nəfər ölüb. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Read More
Hadisə 

Bakıda mənzildə 2 meyit TAPILDI

Paytaxtda bağlı qapı arxasında iki nəfərin meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan müraciət əsasında Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə Binəqədi rayonunda yerləşən mənzilə baxış keçiriblər. Həyata keçirilən tədbirlər nəticəsində iki nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Read More
Hadisə 

Gəncədə huşsuz vəziyyətdə xəstəxanaya gətirilən gənc ÖLDÜ

Gəncə şəhərində xəstəxanada ölüm faktı qeydə alınıb. Oxu.Az xəbər verir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanada baş verib. Belə ki, şəhərin Məhsəti qəsəbə sakini, 2006-cı il təvəllüdlü Ə.Abbasov huşsuz vəziyyətdə xəstəxanaya gətirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Saatda 220 – “Ay Elvin, tikəmizi də tapmayacaqlar, yavaş sür!” – ANBAAN VİDEO

Ötən gecə Göygöldə iki nəfərin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən ağır yol qəzasının detalları məlum olub. Məlumata görə, ağır yaralanan gənclərdən biri atasının avtomobilini qaçırıb.Minik vasitəsini idarə etmək üçün dostu, 27 yaşlı Elvin Məmmədova verib. Kadrlardan da aydın olduğu kimi, hadisəyə səbəb Elvinin avtomobili yüksək sürətlə idarə etməsi olub. Maşındakı sərnişinlər ondan dəfələrlə yavaş sürməsini xahiş etsələr də, o, deyilənlərə məhəl qoymayıb: “Ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar. Yavaş sür!” Qeyd edək ki, hadisə zamanı minik vasitəsini idarə edən Elvin Məmmədov və 11-ci sinif şagirdi İsbi Alıyev həlak…

Read More
Hadisə 

Göygöldə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Göygöldə avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub. “Report”un Qərb bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qızılca kənd sakinləri; – 2008-ci il təvəllüdlü Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanov xəsarət alıblar. Qəza zamanı ağır xəsarət alan daha iki nəfər – 2009-cu il təvəllüdlü İspi Alıyev və həmyaşıdı Elvin (soyadı dəqiqləşdirilir) hadisə yerində ölüblər. Qeyd edək ki, avtomobil idarəetmədən çıxaraq aşıb. Faktla bağlı araşdırma aparılır. *** Göygöl rayonunda avtomobil qəzası olub. “Report”un Qərb bürosunun məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər ölüb, daha…

Read More
Hadisə 

Xaçmazda ailə faciəsi: 17 yaşlı yeniyetmə anasını öldürdü

Xaçmaz rayonunun Çaykənarı kəndində dəhşətli hadisə baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Həqiqət Məmmədova bıçaq xəsarətləri nəticəsində həyatını itirib. İlkin məlumatlara əsasən, qadını onun 17 yaşlı oğlu qətlə yetirib. Hadisənin ailə-məişət zəminində, qısqanclıq səbəbindən baş verdiyi ehtimal olunur. Qonşular bildiriblər ki, ana ilə oğul arasında telefon üstündə mübahisə yaranıb. “İki oğlu var, kiçik oğlu anasını öldürüb. Deyilənə görə, hadisə telefonla bağlı olub. Uşaq anasına ‘danışma, telefonu ver, sındıraram’ deyib və aralarında mübahisə yaranıb”, – mərhumun qohumu bildirib. Ağır yaralanan Həqiqət Məmmədova təcili yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa…

Read More