Maşın 2-ci sinif şagirdini vurub öldürdü – FOTO
Salyanda məktəbli bədbəxt hadisə nəticəsində həyatını itirib.
“Unikal”ın məlumatına görə, rayonun Plasmas yaşayış massivində avtomobil məktəbli qızı vurub.
Ağır bədən xəsarətləri alan 8 yaşlı İ.Nazlı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq o, ötən gün həyatını itirib.



