Hadisə 

9 nəfərin 60 minə yaxın pulunu ələ keçirdiFOTO

Vətəndaşları paytaxtdan avtomobil gətirmək adı altında aldadan şəxs tutulub. Musavat.com xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin keçirdiyi tədbirlərlə dələduzluqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 32 yaşlı Tural Bağırov saxlanılıb. T.Bağırovun müxtəlif şəxslərə paytaxtdan münasib qiymətə avtomobil gətirəcəyini vəd edərək onların etimadını qazandığı və bu yolla ümumilikdə 9 nəfəri aldadaraq 58 500 manat məbləğində pul vəsaitini ələ keçirdiyi müəyyənləşib. Faktla bağlı Naxçıvan ŞPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Read More
Hadisə 

Azərbaycanda toyda KÜTLƏVİ DAVA: saxlanılanlar var

Naxçıvanda toyda kütləvi dava olub. Hadisə şəhər ərazisindəki “Araz” restoranında baş verib. Toy mərasimi zamanı qonaqlar arasında naməlum səbəbdən dava olub. Bu zaman hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hadisə zamanı qonaqlardan biri uca səslə nalayiq ifadələr işlədib. Polislər ona irad bildirib söyüşü dayandırmağı tələb etsələr də şəxs məhəl qoymayıb və hərəkətlərinə davam edib. Dava iştirakçısı olan bir neçə nəfər polis bölməsinə aparılıb. Söyüş söyən şəxs bölmədə də hərəkətlərini davam etdirərək, sərxoş halda nalayiq ifadələr işlədib. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis…

Read More
Hadisə 

Lənkəranda qazilərin iştirakı ilə KÜTLƏVİ DAVA – Saxlanılanlar var

Lənkəran şəhəri ərazisində bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb. Musavat.com xəbər verir ki, oktyabrın 28-də gecə saatlarında Hirkan qəsəbə sakini, 1993-cü il təvəllüdlü Alim Şükürzadə Lənkəran şəhər sakini, 1996-cı il təvəllüdlü Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək Sütəmurdov kəndinə aparıb. Orada A.Şükürzadə dostları – 1989-cu il təvəllüdlü Elvin Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdə C.Şirməmmədovu döyərək ona xəsarət yetiriblər. Daha sonra həmin yerə gəlmiş C.Şirməmmədovun 1995-ci il təvəllüdlü dostu da A.Şükürzadə tərəfindən döyülüb. Hadisə ilə əlaqədar A.Şükürzadə, E.Məmmədov və E.Quluzadə polis tərəfindən saxlanılıb.…

Read More
Hadisə 

Toyunda ölən Əfsanə 7 aylıq hamilə imiş – Bir evdə yaşayırmışlar

Astaranın Dolu kəndində 17 yaşlı Əfsanə Maqsud qızı İmanovanın toy günü faciə ilə nəticələnib. Gənc gəlin toy zamanı özünü pis hiss edib və xəstəxanaya aparılsa da, həyatını itirib. Əfsanə uzun müddət nişanlısı ilə birgə yaşasa da, rəsmi toy mərasimi oktyabrın 28-də baş tutub. Toyun başlamasından təxminən bir saat sonra qızın səhhəti qəfil pisləşib. Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov Bizim.Media-ya bildirib ki, gəlin 7 aylıq hamilə olub və valideynlər bu vəziyyəti gizlətmək üçün toyun təşkilini tələsdiriblər. Onun sözlərinə görə Əfsanə və həyat yoldaşı Dolu kəndində qeydiyyatda olsalar…

Read More
Hadisə 

Bərdədə yol qəzası – Ata və oğlu həlak oldu

Ötən gecə Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Mehdili kəndi ərazisində iki “Lada Priora” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1968-ci il təvəllüdlü Ələddin Əliyev, onun 2005-ci il təvəllüdlü oğlu Röyal Əliyev və 2003-cü il təvəllüdlü Səyyad Elnur oğlu Əliyev hadisə zamanı vəfat edib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin əməkdaşları qəza zamanı avtomobildə sıxılı qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Bakı həbsxanasında İNSİDENT: məhkum özünü deşdi, biz qarnında qaldı

Bakıda həbsxanada insident yaşanıb. Hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. 32 yaşlı məhkum Ömər Səfərov (ad və soyad şərtidir) kəsici alətlə (biz) qarnına xəsarət yetirib. Nəticədə biz onun qarnında qalıb və Xidmətin Müalicə Müəssisəsində cərrahi müdaxilə ilə çıxarılıb. Bu əməlinə görə Ömər Səfərov barəsində Cinayət Məcəlləsinin 317-2.1-ci (həbsxanada və ya istintaq təcridxanasında məhkumu qadağan olunmuş əşyanı hazırlaması, saxlaması və ya istifadə etməsi) maddəsilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, onunla görüşə gələn atası elektrikli üzqırxan gətirib: “Lakin həmin əşyanı götürməyimə icazə verməyib geri qaytardılar. Əməkdaşlara dedim…

Read More
Hadisə 

“Beniz” ləqəbli məşhur tiktokerə ittiham elan olundu

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibində dəyişiklik edildiyi üçün məhkəmə istintaqı yenilənib. Belə ki, hakim Anar Sadıqovun yerinə tərkibə Hafiz Kamranov daxil olub. Sonra, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Aybəniz Xəlilova zərərçəkmiş şəxsi çılpaq şəkillərini, nikahdankənar münasibətlərini istifadə etdiyi sosial şəbəkələrdə yaymaqla hədələyərək eləcə də onun azyaşlı uşaqlarının şəxsiyyəti üzərində zor tətbiq etməklə hədələyərək pul…

Read More