Hadisə 

Abşeronda qətl hadisəsi baş verdi

Abşeronda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Rayon prokurorluğundan Musavat.com-a verilən məlumata görə, oktyabrın 9-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Maşallah Cəfərovun öldürülməsi barədə məlumat daxil olub. Araşdırma zamanı 1968-ci il təvəllüdlü Eldar Məmmədovun bıçaqla xəsarət yetirərək Maşallah Cəfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Eldar Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.

Read More
Hadisə 

Azərbaycanda yaşayış binası yanır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, İ.Cəfərov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Bildirlib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin qüvvələri cəlb edilib. Əlavə məlumat veriləcək.

Read More
Hadisə 

Xaçmazda müəllim faciəvi şəkildə ÖLDÜ

Xaçmaz rayonunun Qıraqlı kəndində bədbəxt hadisə baş verib. 1993-cü il təvəllüdlü Qafarlı Mehriban Sərdar qızının meyiti yaşadığı evdə aşkarlanıb. Onun dəm qazından boğularaq öldüyü bildirilir. M.Qafarlı 5 ilə yaxındır ki, Qıraqlı kənd tam orta məktəbində müəllim işləyirdi. Faktla bağlı araşdırma aparılır.//APA

Read More
Hadisə 

SON DƏQİQƏ: Polis Xankəndidə ƏMƏLİYYAT KEÇİRDİ – SAXLANILANLAR VAR

DİN əməkdaşları qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər. Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayon sakini, 1973-cü il təvəllüdlü Azər Qəhrəmanovun şəhər ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsindən odlu silah-sursat keçirməyə cəhd göstərməsi müəyyən olunub. Buraxılış postunda təhlükəsizlik məqsədilə nəqliyyat vasitəsinə baxış keçirilən zaman “Mercedes” markalı avtomobildə sərnişin qismində olan A.Qəhrəmanovdan 1 ədəd “AK” markalı avtomat silah və 30 ədəd patron aşkarlanaraq götürülüb. O, sursatı polis əməkdaşlarının diqqətindən yayındırmaq üçün hissələrə bölərək müxtəlif…

Read More
Hadisə 

Gəncədə yeniyetmə qətlə yetirildi

Gəncədə qətl hadisəsi baş verib. Məlumata görə, 2009-cu il təvəllüdlü 11-ci sinif şagirdi V.R. bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisəni törədənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.//APA

Read More
Hadisə 

11-ci sinif şagirdi vəfat etdi

əmkirdə 11-ci sinif şagirdi Rəsul Ələddin oğlu Qəribov vəfat edib. Bu barədə onun təhsil aldığı Şəmkir rayonu Aşağı Seyfəli kənd Natiq Abbasov adına tam orta məktəbin sosial şəbəkə hesabında məlumat paylaşılıb. Məktəblinin hansı səbəbdən vəfat etdiyi barədə məlumat yoxdur./Ajans.az

Read More
Hadisə 

Ağdaşda iki bacını maşın vurub öldürdü

Ağdaşda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, hadisə Əmirarx kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mersedes” markalı minik maşını yolu keçən iki nəfəri vurub. Hər ikisi qadın olan piyadalar aldıqları xəsarət nəticəsində həyatın itirib. Məlumata görə, onlar 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Elnarə Soltanovadır. Qeyd edək ki, qadınlar bacı olublar. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Şirvanda bacı və qardaş bıçaqlanıb

Bakı sakini həyat yoldaşını və qaynını bıçaqlayıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb. Aralarında yaranan mübahisə zəmində Bakı sakini, həyat yoldaşı 1980-ci il təvəllüdlü Əliyeva Könül Mahmud qızını əlindən və qaynı, Şirvan sakini, 1984-cü il təvəllüdlü Əliyev Ceyhun Mahmud oğlunu çiynindən bıçaqlayıb. Bıçaq yarası alan bacı və qardaş Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib. İkinci çox qan itirdiyi üçün əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Boşanmaq istəyən qadın bıçaqlandı

Gəncədə ər arvadını bıçaqlayıb. Hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini 1987-ci il təvəllüdlü İ.Məmmədova başının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, qadına əri kəsici alətlə xəsarət yetirib. Hadisəyə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (APA)

Read More