Gədəbəydə bıçaqlanma olub, yeniyetmə saxlanılıb
Gədəbəy rayonunda 2008-ci il təvəllüdlü R.Rəhimov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə Ə.Hüseynov saxlanılıb.
Mübahisənin səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır