Hadisə 

İmişlidə toyda zəhərlənənlərin əksəriyyəti xəstəxanadan evə buraxılıb

İmişlinin Muradxanlı kəndində toy mərasimində zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin əksəriyyəti evə buraxılıb. Bunu “Report”un Muğan bürosuna İmişli Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri Ələddin Əliyev deyib. “Şübhə ehtimalını biz kolit və entrokolit əlamətləri ilə əlaqələndiririk. Burda ağır zəhərlənmə – botulizmə şübhə yoxdur. Müayinənin nəticəsini gözləyirik. Yeyilən qidalardan bizim həkim kimi şübhəmiz hazırlanmış salatdan zəhərlənmədir. Əksəriyyətinin vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb”, – şöbə müdiri bildirib. Qeyd edək ki, ötən gün baş tutan kiçik toy mərasimində iştirak etmiş 20 nəfər zəhərlənmə şübhəsi ilə bu gün rayon xəstəxanasına müraciət…

Read More
Hadisə 

Gizir “Xanı”nın minaya düşdüyü ərazidən görüntülər- Video

Xəbər verdiyimiz kimi, kəşfiyyatçı “Xanı” kimi tanınan Səyyaf Əhmədov Ağdamda minaya düşərək həlak olub.  Hadisə Mirəşelli kəndində minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində baş verib. Bir az əvvəl Səyyaf Əhmədovun nəşi ANAMA əməkdaşları tərəfindən keçmiş neytral ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə yerindən görüntüləri təqdim edirik: Qafqazinfo.az

Read More
Hadisə 

İsmayıllıda avtomobil aşdı – Ölən var

İsmayıllıda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Kürdeldarbəyli və Gideyli kəndləri arasında qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 35 yaşlı Gideyli kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Read More
Hadisə 

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

Gürcüstanda Rusiya və Azərbaycan vətəndaşları narkotik vasitələrin qanunsuz idxalına görə həbs edilib Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Rusiya və Azərbaycan vətəndaşlarını külli miqdarda narkotik vasitələrin qanunsuz idxalı və satışı ittihamı ilə həbs ediblər. Saxlanılan Rusiya vətəndaşı 41 yaşlı A. T., Azərbaycan vətəndaşı isə 22 yaşlı K. M.-dir. “Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması, satışının asanlaşdırılması və Gürcüstana qanunsuz gətirilməsi ilə bağlı istintaq davam etdirilir. Saxlanılanları 20 ilədək və ya ömürlük həbs gözləyir”, – məlumatda bildirilir./Milli.az/  

Read More
Hadisə 

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra ölüb

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra ölüb. “Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, 2019-cu il təvəllüdlü Quliyeva Aylin Zaur qızına səhhətində yaranan problemlə əlaqədar ev şəraitində sistem köçürülüb. Bir müddət sonra isə halı dəyişən uşaq Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin ilkin müayinəsi zamanı azyaşlının ölməsi faktı faktı qeydə alınıb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

Qadın qatilinə ömürlük həbs təklifi – reaksiya

Deputat ağır cəzaların tətbiqi ilə bağlı ictimai dinləmələrə çağırır – iki fərqli mövqe  “Məişət zorakılığı ilə bağlı qanuna dəyişikliyə yenə ehtiyac var”. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Tamam Cəfərova bildirib. O təklif edib ki, məişət zorakılığı ilə bağlı qanun yenə müzakirəyə çıxarılsın və aidiyyəti qurumlar burada iştirak etsinlər.   “Qadın qətlləri ilə bağlı məsələni xüsusi vurğulamaq istəyirəm. 2024-cü ilin statistikasına baxdım, 2023-cü ilə nisbətən faiz etibarilə aşağı düşüb. Amma yenə də mətbuatda hər həftə qadınların qətlə yetirilməsinin şahidi oluruq. Çox üzücü haldır ki, onlar həyat…

Read More
Hadisə 

Astarada ağır qəza- 16 yaşlı sərnişin öldü

Ötən gün saat 21:30 radələrində Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Çayoba kəndi ərazisində “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin Vaqo kənd sakini, 2009-cu il təvəllüdlü İgid Ramin oğlu Salayev aldığı ağır xəsarətlərdən vəfat edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Read More
Hadisə 

DSX zabitinə hücum edilən anın videogöruntülərinə baxılıb – MƏHKƏMƏ

Paytaxtda Dövlət Sərhəd Xidmətinin (DSX) zabitinə qarşı xuliqanlıq etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hadisə vaxtı qeydə alınan müəyyən videogörüntülərə baxılıb. Görüntülərdə zərərçəkənə ilk hücumu Elnur Həmidovun etdiyi, daha sonra insidentə digərlərinin qoşulduqları əks olunub. Dövlət ittihamçısı Elnur Həmidovdan əlində görünən parlaq əşyanın “beşbarmaq” olub-olmadığını soruşub, o isə bunun təsbeh olduğunu deyib: “Əlimdə həmin alət olsaydı, Fuad Zeynalova daha çox vurmuşdum, onun bədənində iz qalardı. Anarın yıxılmasının səbəbi mən vurandan sonra beynindəki problemlərlə əlaqədar yaranan…

Read More
Hadisə 

Astarada minik avtomobili aşıb, gənc sərnişin ölüb

Astarada minik avtomobili aşıb, gənc sərnişin ölüb. “Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Çayoba kəndi ərazisində baş verib. Belə ki, “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Qəza nəticəsində avtomobildə olan yeniyetmə, rayonun Vaqo kənd sakini, 2009-cu il təvəllüdlü İgid Ramin oğlu Salayev ağır xəsarətlər alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həkiməqədər ölüm faktı qeydə alınıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Read More