Hadisə 

Narkokuryer 13 kiloqram marixuana ilə ələ keçdiFOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-a verilən məlumata görə, tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum edilmiş Ruslan Ramazanlı saxlanılıb. Ondan sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi 13 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla R.Ramazanlının narkokuryerliyə cəlb edildiyi və marixuananı maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Read More
Hadisə 

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib. Qeyd edək ki, sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər. Qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yol sürüşkən olduğuna…

Read More
Hadisə 

Culfada ağır qəza- 4 nəfər həlak oldu, 2-si polisdir

Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, qəzada həyatı itirənlərdən 2 nəfər polis əməkdaşı olub. Hadisə yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsindən baş verdiyi ehtimal edilir./Qafqazinfo.az/

Read More
Hadisə 

Azərbaycanda körpə anasının qucağından yerə düşərək öldü

Neftçalada bədbəxt hadisə baş verib. İlkin məlumata görə, rayonun II Qaralı kəndinin sakini, 2001-ci il təvəllüdlü Şəbnəm Etibar qızı Allahverdiyeva qucağında olan əkiz uşaqlarından birini – 2024-cü il təvəllüdlü A.A.-nı əlindən yerə salıb. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan körpə ölüb. Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Read More
Hadisə 

Dövlət sərhədində iki nəfər SAXLANILDI

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisindən sərhədi keçən İran vətəndaşları ölkələrinə təhvil verilib. Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İrandan Azərbaycana keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıb Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada qarşı tərəfə təhvil verilib.

Read More
Hadisə 

Naftalanda sanatoriyada FACİƏ – 36 yaşlı kişi öldü

Naftalan şəhərində yerləşən sanatoriyaların birində bədbəxt hadisə baş verib. Məlumata görə, “Möcüzəli Naftalan” sanatoriyasının işçisi, 1989-cu il təvəllüdlü A. Hüseynov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.//APA

Read More