Culfada ağır qəza- 4 nəfər həlak oldu, 2-si polisdir
Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzada həyatı itirənlərdən 2 nəfər polis əməkdaşı olub. Hadisə yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsindən baş verdiyi ehtimal edilir./Qafqazinfo.az/