Hadisə 

Astarada kütləvi zəhərlənmə olub

Astarada kütləvi zəhərlənmə olub. APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Astara rayonunda 15-ə yaxın sakin zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına dadil olub. Onlardan 10 nəfər yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. İlkin məlumata görə, onlar qidadan zəhərlənib. Fakt araşdırılır.

Read More
Hadisə 

Naxçıvanda ailə FACİƏSİ: Nənə hadisənin şokundan vəfat etdi – VİDEO

Dünən gecə saatlarında Şahbuz rayonunun Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində su hövzəsi üzərində yerləşən platformanın aşması nəticəsində bir ailənin 2 üzvü – valideyn və azyaşlı övladı həlak olub. Ən dəhşətlisi isə odur ki, faciənin acısını yaşayan azyaşlının nənəsi baş verən hadisənin şokundan dünyasını dəyişib. Eyni zamanda hadisə yerinə gələn digər ailə yaxınları da qəzaya düşərək müxtəlif bədən xəsarətləri alıblar. Hazırda ərazidə istintaq aparılır.

Read More
Hadisə 

Naxçıvanda istirahət faciəyə çevrildi – Ölənlər və yaralananlar var

Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində faciəsi baş verib. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, istirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində 3 nəfər ölüb. İstirahət mərkəzində olanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həyatını itirənlərin qohum olduğu bildirilir. Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüb. Qəza zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.…

Read More
Hadisə 

14 yaşlı uşağa işgəncə verməkdə təqsirləndirilən qadın FALÇI İMİŞVİDEO

Xalası tərəfindən işgəncələrə məruz qaldığı iddia edilən 14 yaşlı oğlanla bağlı yeni detallar üzə çıxıb. Qonşuların sözlərinə görə, Günay Novruzova falçılıqla məşğul olub və özünü “Hacı xanım” kimi təqdim edib. “Uşaq elə bir vəziyyətdə idi ki, hansı vicdansız buna dözə bilərdi?! Öz ayağı ilə gəlib qapını döyüb yardım istədi. Qanını mən silmişəm. “Xala, mənə kömək edin, məni uşaqlar evinə verin” dedi. Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü. Qadına heç kim söz deyə bilmirdi, çünki bu məhəllədə hamını şantaj edirdi”, – deyə qonşulardan biri bildirib. Qonşular işgəncə faktını təsdiqləsələr də, uşağın böyük qardaşı…

Read More
Hadisə 

Azərbaycanlı həkim faciəvi şəkildə öldü – FOTO

Bir neçə gün əvvəl Bakıdan Gürcüstana səfər edən 1971-ci il təvəllüdlü həkim Yaqub Cabbarov yol qəzasında vəfat edib. News24.az-ın əldə etdiyi məlumata görə, “Medikus” klinikasının həkimi olan Y. Cabbarov səhhəti ilə bağlı müalicə məqsədilə qonşu ölkəyə yollanıb. O, uzun illər Ağcabədidə pediatr kimi fəaliyyət göstərib. 2016-cı ildən isə Bakının müxtəlif klinikalarında çalışaraq tanınmış pediatrlardan biri kimi fəaliyyətini davam etdirib.

Read More
Hadisə 

Biləsuvarda yeniyetmə su kanalında boğulub

Biləsuvar rayonunda yeniyetmə su kanalında boğulub. Hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. Kənd sakini, 17 yaşlı Quluzadə İqbal İlqar oğlu Cənub Muğan kanalının üzərindən keçən zaman körpüdən kanala düşərək boğulub. Yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır./Report

Read More
Hadisə 

Maşın körpüdən aşdı, hərbçi olan sürücü öldü – Fotolar

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zəyəm-Düyərli avtomobil yolunun 5-ci kilometrliyində olub. Belə ki, “N” saylı hərbi hissənin giziri 1966-cı il təvəllüdlü Mirzəyev Nüsrəddin Natiq oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil körpünün beton dəmir maneəsinə çırpılaraq oradan aşıb. Nəticədə N. Mirzəyev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Psixoloqdan işgəncəyə məruz qalan uşaqla bağlı ŞOK AÇIQLAMA: “Həbsdən çıxdıqdan sonra daha ağır cinayətləri törədəcək”

Günlərdir ki, valideynlərini itirən yeniyetmənin xalası tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı yayılan xəbərlər cəmiyyətdə ciddi narahatlıq doğurub. Musavat.com-un məlumatına görə, bu barədə “Qadın və Uşaq Sığınacağı” sosial şəbəkələrdə görüntülər yayıb. Qeyd olunur ki, 14 yaşlı uşaq uzun müddət xalası tərəfindən dəfələrlə fiziki və psixoloji zorakılığa məruz qalıb. Anası dünyasını dəyişib, atası isə həbsxanada vəfat edib. Qəyyumluğa verilən uşaq xalası Günay Novruzova tərəfindən işgəncələrə məruz qalıb. Məlumata əsasən, məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin “əzab vermə” maddəsi ilə cinayət işi…

Read More
Hadisə 

Qadınların səhifələrinə kiberhücum edərək şəxsi məlumatları ələ keçirən şəxs TUTULDU

“Tik-Tok”, “Instagram” və bu kimi sosial şəbəkələrdə qadınların səhifələrinə kiberhücumlar edərək şəxsi məlumatlarını ələ keçirən şəxs saxlanılıb. Araşdırmalarla müəyyən olunub ki, 22 yaşlı Rəşad Məmmədov zərərçəkənlərə məxsus video, eləcə də fotolara xüsusi proqramlar vasitəsilə qeyri-etik səs effektləri və məlumatlar əlavə edərək sosial şəbəkələrdə özünə məxsus səhifələrdə paylaşıb. Görüntüləri paylaşılan şəxslərlə əlaqə saxlayan R.Məmmədov onların adına saxta səhifələr yaratdığını bildirib və hədə-qorxu gələrək rüsvayedici profillərin silinməsi müqabilində müxtəlif məbləğlərdə pul tələb edib. Faktlarla bağlı DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Məmmədov təqsirləndirilən şəxs qismində…

Read More