Biləsuvarda yeniyetmə su kanalında boğulub
Biləsuvar rayonunda yeniyetmə su kanalında boğulub.
Hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.
Kənd sakini, 17 yaşlı Quluzadə İqbal İlqar oğlu Cənub Muğan kanalının üzərindən keçən zaman körpüdən kanala düşərək boğulub.
Yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./Report