Hadisə 

İki uşaq anasının müəmmalı ölümü

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində intihar etdiyi bildirilən qadının qəsdən öldürüldüyü iddia edilir. Bu barədə “Qafqazinfo”ya mərhumun yaxınları məlumat verib. İlkin məlumatlara görə, 35 yaşlı Minurə Mustafayeva 6 gün əvvəl gecə saatlarında yaşadığı evin həyətində özünü asıb. Lakin qadının qohumları bu versiya ilə razılaşmır. Onların sözlərinə görə, ailədaxili ciddi problemi olmayan və psixoloji vəziyyəti normal görünən iki uşaq anasının qəfil intiharı inandırıcı deyil. Yaxınları Minurənin əri Bayandur Bədəlovdan şübhələndiklərini dilə gətirirlər. Mərhumun qohumu Razim Əmiraslanlı deyib ki, qadının boynunda ip izləri olmayıb: “Yalnız bir tərəfdə qaraltılar vardı. Ən şübhəlisi isə ərinin dedikləridir. Bayandur deyir…

Read More
Hadisə 

Sumqayıtda 13 yaşlı uşaq ÖLDÜ

Sumqayıtda 13 yaşlı uşaq ölüb.  Hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb. İlkin məlumata görə, 2012-ci il təvəllüdlü Yusif Sahib oğlu Məcidzadənin boğazında yad cisim qalıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.//Report

Read More
Hadisə 

Xaçmazda ağır qəza – Ölən var

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib. Xaçmaz-Quba yolunun Yergüc kəndindən keçən hissəsində “Range Rover” markalı avtomobillə “Volkswagen” markalı avtomobil toqquşub. Nəticədə “Range Rover”in sürücüsü, Xaçmaz şəhər sakini Firuz Fətəliyev həyatını itirib. Digər nəqliyyat vasitəsində olan iki nəfər Quba sakini isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. /Baku TV

Read More
Hadisə 

Bakı bulvarında insident – Həbs edilən var

Bakı bulvarında ictimai asayişi pozan şəxs həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə avqustun 28-i gecə saat 00:40 radələrində baş verib. Dənizkənarı Milli Park ərazisində 4-5 nəfər arasında kütləvi dava-dalaş olmasına dair polisə məlumat daxil olub. Keçirilən tədbirlərlə hadisəni törədən şəxslərdən biri – 1994-cü il təvəllüdlü A.Qədirov saxlanılıb. Onun narkotik vasitə istifadə etməsi də müəyyən olunub. Səbail RPİ-nin 9-cu Polis Bölməsinə aparılan şəxslə bağlı araşdırma başlanıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535-ci maddələrinə əsasən protokol tərtib edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxs 20 sutkalıq…

Read More
Hadisə 

“ASAN Xidmət”də FACİƏ: 4 yaşlı qız yıxılıb öldü

Bu gün səhər saatlarında 4 yaşlı Həbibova Mələk Nicat qızı Şəki “ASAN Xidmət” mərkəzinin ikinci mərtəbəsindən yıxılıb. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Şamaxıda zəncirvari QƏZA – Ölən var

Şamaxı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Şamaxı rayonu ərazisində “Ford Transit” markalı avtomobil yolun kənarında dayanan “Niva”, daha sonra isə “VAZ-2107” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ”ın sərnişini, 44 yaşlı Rasim Ömərov aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.//Report

Read More
Hadisə 

Ağdamda valideynlərin zorakılıq tətbiq etdiyi körpə süni nəfəs aparatına qoşulub, vəziyyəti ağırdır

Ağdamda valideynlərin zorakılıq tətbiq etdiyi körpələrin vəziyyəti açıqlanıb. Bu barədə Musavat.com-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 2023-cü il təvəllüdlü azyaşlının (kişi) müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmış yaraları diaqnozları təyin edilən pasiyentin üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda süni tənəffüs dəstəyi alan azyaşlının vəziyyəti ağırdır. Ağdam Rayon Mərkəzi Xəstəxanasında profilaktik olaraq həkimlərin müşahidəsi altında saxlanılan 2024-cü il təvəllüdlü azyaşlı aidiyyəti üzrə təhvil verilib. Xatırladaq ki, 2023-cü il təvəllüdlü…

Read More