Hadisə 

Ceyranbatanda itkin düşən şəxsin meyiti kanaldan tapıldı – VİDEO

Ceyranbatanda bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb. 42 yaşlı Elgiz Axundovun meyiti Samur-Abşeron kanalından tapılıb. İlkin ehtimallara görə, o, kanalda boğularaq ölüb. Qeyd edək ki, 1983-cü il təvəllüdlü Elgiz Elbrus oğlu Axundov iki gün əvvəl evdən çıxaraq geri qayıtmamışdı. Onun harada olduğu barədə heç bir məlumat yox idi. Ailəsi isə itkin düşdüyü gündən etibarən onun tapılması üçün ictimaiyyətə müraciət etmişdi. Hazırda hadisənin dəqiq başvermə şəraiti araşdırılır.//APA

Read More
Hadisə 

DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib. Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!

Read More
Hadisə 

Qaxda qəza: Bir ailənin 4 üzvü…

Qaxda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb. Qəzada Abşeron rayon sakinləri – 1986-cı il təvəllüdlü Mehman Abdullayev, xanımı Şəbnəm Abdullayeva, övladları – 2013-cü il təvəllüdlü İ.Abdulla və 2016-cı il təvəllüdlü Ö.Abdulla, Qaxın Turaclı kənd sakinləri 1986-cı il təvəllüdlü Şahlar Bəşirov və qardaşı 1988-ci il təvəllüdlü Yasin xəsarət alıb. 12 yaşlı A.İbrahim Qax xəstəxanasında əməliyyat olunub. Mehman Abdullayev və xəsarət alan digər övladı Zaqatala xəstəxanasına göndəriliblər. Hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Turaclı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Honda” və “VAZ-21099” markalı avtomobillər toqquşub./Yenisabah.az

Read More
Hadisə 

Şəkidə 31 yaşlı kişini ilan SANCDI

Şəkidə 31 yaşlı kişini ilan sancıb. Məlumata görə, hadisə rayonun Baltalı kəndində, qəbiristanlıqda baş verib. Baltalı kənd sakini 31 yaşlı Sadiq İsmayılzadəni ayağından ilan sancıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Ona müvafiq yardım göstərilib, zərdab vurulub. Müalicəsi xəstəxanada davam etdirilir.//APA

Read More
Hadisə 

Bu rayonda əməliyyat keçirildi – Saxlanılanlar var

Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb, 900-ə yaxın çətənə kolu aşkarlanaraq götürülüb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan Mətləb Məmmədov saxlanılıb. Onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 621 ədəd çətənə kolu və 500 qram marixuana aşkarlanıb. Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər tədbirlər zamanı Elcan Nəzərov, Fazil Ələkbərov və Vüsal Təhməzov da saxlanılıblar. Həmin şəxslərə məxsus həyətyanı sahələrdən isə ümumilikdə 250 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Faktlarla…

Read More
Hadisə 

Azərbaycanda azyaşlı xəstəxanada öldü

Gəncədə 2 yaşlı uşaq xəstəxanada ölüb. Hadisə 2 saylı şəhər Uşaq Xəstəxanasında baş verib. Şəmkir rayon sakini 2023-cü il təvəllüdlü M.Məmmədov ağır vəziyyətdə uşaq xəstəxanasına çatdırılıb. Lakin həkimlərin göstərdikləri bütün tibbi yardımlara baxmayaraq azyaşlı xəstəxanada vəfat edib. Azyaşlının hansı səbəbdən ölməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır./Apa

Read More
Hadisə 

Azərbaycanda müəllim bıçaqlandı

Ağdamda bıçaqlanma hadisəsi baş verib. Hadisə ötən gün rayonun Zəngişalı kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəlüdlü Əsəd Nərimanov həmyerlisi ilə aralarında yaranmış mübahisə zəminində bıçaq xəsarətləri alıb. Xəsarət alan şəxs Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib. Xəsarət aln Əsəd Nərimanov Rahib Məmmədov adına Mahrızli kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir. Hadisəni törətməkdə şübhəli bilinən Vasif Səfərov polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı araşdırma gedir. /APA

Read More
Hadisə 

Bakıda ŞOK: çörək maşınında narkotik daşıyırdı – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xəzər rayonunda əməliyyat keçirilib. Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, nəticədə 37 yaşlı Bəhruz Şükürov tutulub. Onun evindən 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxs kamuflaj olunmaq məqsədi ilə mağazalara çörək daşıdığı avtomobili ilə narkotiklərin ünvanlara çatdırılmasını təşkil edib. B.Şükürov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Read More