Qızdırması qalxan 4 yaşlı uşaq evdə öldü
Abşeron rayonu Xırdalan şəhərində azyaşlı vəfat edib. İyulun 22-si saat 01 radələrində 2021-ci il təvəllüdlü Aybars Kərimlinin yaşadığı Xırdalan şəhəri Heydər Əliyev prospektindəki evdə hərarəti yüksəlib. Nəticədə azyaşlı yüksək temperaturun yaratdığı fəsadlardan vəfat edib. Faktla bağlı araşdırmalar aparılır.//Qafqazinfo
Read More