Hadisə 

DİN: Ötən gün 48 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 24-də ümumi çəkisi 48,7 kiloqramdan çox narkotik vasitə, 17 ədəd psixotrop tərkibli həb, kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 1,5 tona yaxın çəkidə 13 min 667 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Read More
Hadisə 

Azərbaycanda 175 kiloqram narkotik dövriyyədən çıxarılıb, 19 nəfər həbs olunub

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib,175 kiloqram narkotik dövriyyədən çıxarılıb. Bu barədə Musavat.com-a DİN-dən məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotik vasitələrin əlbəəl satışı, onlayn dövriyyəsi və narkotik tərkibli bitkiləri kultivasiya edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Nəticədə mütəşəkkil dəstənin daha 19 üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 175 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, psixotrop maddə metamfetamin, 690 ədəd güclü təsiredici xassəyə malik metadon həbi və satış zamanı istifadə edilən elektron tərəzilər, bank kartları aşkar edilib. Saxlanılanların…

Read More
Hadisə 

Azərbaycanda ƏMƏLİYYAT: Xeyli həbs edilən var

İyunun 23-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 117, o cümlədən borclu şəxs qismində axtarışda olan 87 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Read More
Hadisə 

İranda müharibə gedir, Bakıda iranlı narkobaronların narkotik satışı dayanmır…

İranda müharibə gedir. Generallar qətlə yetirilir, alimlər öldürülür, paytaxt Tehran da daxil olmaqla İranın əksər şəhərlərində raketlər partlayır. Bakının küçələrində isə İrana bağlı başqa bir “müharibə” dayandırmaq mümkün olmur. İllərdir davam edən bu görünməz davanın Azərbaycan cəmiyyətinə vurduğu zərbə real döyüş silahlarının vurduğu zərbədən geri qalmır. İrandan daşınan narkotik gənc nəsli ən son silahlardan betər “vurur”, məhv edir. Səbaildə polisin keçirdiyi son əməliyyat 2 narkokuryer saxlanılıb, onlarda 12 kiloqram narkotik vasitə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri…

Read More
Hadisə 

DİN qanunsuz saxlanılan silah-sursat aşkarlayıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 6 qumbara, 7 tüfəng, 4 patron darağı və 584 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Read More
Hadisə 

Bakıda magistral yolda TƏHLÜKƏLİ ANLAR – Hərəkətdə olan maşının təkəri çıxdı

Bakıda magistral yolda təhlükəli anlar yaşanıb. Bu barədə görüntülər BAKU.WS-in “qaynar xətti”nə daxil olub. Bildirilib ki, aerport yolunda bu gün səhər saatlarında hərəkət edən yük maşınının təkəri çıxıb. Kadrlardan da görünür ki, təkər hərəkət edən digər maşınların arası ilə onlara toxunmadan keçir. Şahidinin sözlərinə görə, xoşbəxtlikdən hadisə ağır fəsadlarla nəticələnməyib. Təkəri çıxmış yük maşını isə yolun sağ tərəfinə keçərək dayanıb. Hadisə anına dair kadrları təqdim edirik:

Read More
Hadisə 

Həbsxanaya sümüyün içində heroin keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə Musavat.com-a Penitensiar xidmətdən məlumat verilib. Həbs olunmuş şəxs Orxan Məsim oğlu Gülməmmədova xalası oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman ət yeməyində olan sümüyün içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd bükülüdə 1,137 qram heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Gəncədə güclü külək avtomobil sexinin divarını uçurdu – VİDEO

Gəncədə avtomobil təmiri sexinin divarı uçub. Nəticədə bir neçə maşına ciddi ziyan dəyib. Musavat.com-un xəbərinə görə, hadisə Gəncədə “Dəyirman dairəsi”ndə yerləşən avtomobil sexində baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə, dünən əsən güclü külək sexin divarını uçurub. Nəticədə “VAZ 2107” və “Hyundai Santafe” markalı avtomobillərə ciddi ziyan dəyib. Həmin avtomobillər sexə təmir üçün gətirilibmiş.

Read More
Hadisə 

Bakıda supermarket işçiləri arasında dava: Müdir işçini ürəyindən bıçaqladı

Bakıda “Grandmart” marketlər şəbəkəsinin əməkdaşları arasında bıçaqlaşma olub. Hadisə metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında baş verib. Marketlər şəbəkəsinin satış müdiri Seyid Əli şəbəkənin “WhatsApp” qrupunda marketin mallarının sayında əskik olması barədə məlumat yazıb və nəticədə satış şöbəsinin meneceri Fuadla aralarında mübahisə yaranıb. Mübahisə şəxsi yazışmada daha da qızışıb və şöbə müdiri ilə menecer görüşməyi qərara alıblar. Tərəflər metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında görüşüblər və dava yaranıb. Dava zamanı Seyid Əli Fuadı ürəyindən və ayağından bıçaqlayıb. Fuad yaralı vəziyyətdə öz avtomobili ilə xəstəxanaya gəlib və orada əməliyyat olunub. Faktla bağlı cinayət…

Read More