Hadisə 

Sərçə ovlamaq istədi, səhvən arvadını güllələdi – Ağlasığmaz hadisə

Goranboy rayonunun Dəyirmanlar kəndində inanılmaz, eyni zamanda faciəvi bir hadisə baş verib. Ailəvi inanc ucbatından sərçə ovuna çıxan kişi ehtiyatsızlıq nəticəsində həyat yoldaşını güllələyib. Ailənin əkiz övladları uzun müddətdir səhhət problemi yaşayırmış. Valideynlər isə quş ətinin – xüsusilə də sərçə ətinin – müalicəvi təsiri olduğuna inanaraq, özləri sərçə ovuna çıxıblar. Ancaq bu “təhlükəli müalicə üsulu” faciə ilə nəticələnib. Hadisə zamanı kişi sərçə vurmaq istədiyi anda silahdan açılan atəş həyat yoldaşı, 2001-ci il təvəllüdlü Nəzrin Xudaverdiyevaya dəyib. Qadın qarın nahiyəsindən güllə yarası alaraq dərhal Gəncə Şəhər Birləşmiş Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi…

Read More
Hadisə 

Sərçə ovlamaq istədi, səhvən arvadını güllələdi – Goranboyda ağlasığmaz hadisə

Goranboy rayonunun Dəyirmanlar kəndində inanılmaz, eyni zamanda faciəvi bir hadisə baş verib. Ailəvi inanc ucbatından sərçə ovuna çıxan kişi ehtiyatsızlıq nəticəsində həyat yoldaşını güllələyib. ARANTV.AZ  xəbər verir ki, ailənin əkiz övladları uzun müddətdir səhhət problemi yaşayırmış. Valideynlər isə quş ətinin – xüsusilə də sərçə ətinin – müalicəvi təsiri olduğuna inanaraq, özləri sərçə ovuna çıxıblar. Ancaq bu “təhlükəli müalicə üsulu” faciə ilə nəticələnib. Hadisə zamanı kişi sərçə vurmaq istədiyi anda silahdan açılan atəş həyat yoldaşı, 2001-ci il təvəllüdlü Nəzrin Xudaverdiyevaya dəyib. Qadın qarın nahiyəsindən güllə yarası alaraq dərhal Gəncə Şəhər Birləşmiş…

Read More
Hadisə 

Biləsuvar sakinini ildırım vurdu

Biləsuvar rayon sakinini ildırım vurub. Hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb. Kənd sakini 1981-ci il təvəllüdlü Ramin Bəşirov əkin sahəsində olan zaman yağış yağıb. Daha sonra o, yağışdan qorunmaq üçün ağac altına sığınıb. Bu zaman R.Bəşirovu ildırım vurub. Bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarəti alan R.Bəşirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Hadisə 

Aytacın meyiti tapıldı

Gürcüstanda itkin düşən həmyerlimiz Aytac Məmmədovanın meyiti Tbilisidə Kür çayına düşən avtomobilin içərisindən tapılıb. “Qafqazinfo” “24News.ge”yə istinadən xəbər verir ki, avtomobildə aşkarlanan meyit ekspertizaya göndərilib. Bundan sonra cansız bədənin Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədovaya məxsus olduğu müəyyən edilib. Xatırladaq ki, 21 yaşlı soydaşımızdan 40 gündən çox idi ki, xəbər alınmırdı. Aytac ailəsi ilə sonuncu dəfə dostunun doğum gününə getməsi barədə danışıb. Oradan ayrıldıqdan sonra qız anasına səsli mesaj göndərib və əlaqə tamamilə kəsilib. O, Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsi olub, təhsili ilə əlaqədar paytaxtda yaşayıb.…

Read More
Hadisə 

Müğənni Dəniz Əsədova həbs edildi -ÖZƏL

Özünü müğənni kimi təqdim edən Dəniz Əsədova hakim qarşısına çıxarılıb. O, dörd nəfəri təhqir etməkdə və onlara böhtan atmaqda ittiham edilib. Əsədova sosial şəbəkələrdə hakimləri, prokurorluq əməkdaşlarını və digər vəzifəli şəxsləri də təhdid etməsi ilə gündəmə gəlib. ARANTV.AZ  xəbər verir ki, onun barəsində Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında dörd şikayət daxil olub. İddiaçılar arasında tanınmış vəkillər və həkimlər var. Bu gün məhkəmə vəkil Asim Abbasovun şikayətini təmin edib və Dəniz Əsədova məhkəmə zalında həbs edilib. Asim Abbasov müğənnini onun barəsində sosial şəbəkələrdə yalan və həqiqətə uyğun olmayan, böhtan xarakterli…

Read More
Hadisə 

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana 10 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 11-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Axtarış tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 10 kiloqram 320 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Read More
Hadisə 

Azərbaycanda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər

Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə vermək istəyiblər. ARANTV.AZ xəbər verir ki, bu barədə aparıcı Lalə Azərtaş öz verilişində məlumat verib. O qeyd edib ki, qurulan toy məclisinin qarşısı alınıb: “Mənə Sabirabad tərərfdən güclü bir qarğış küləyi gəlir. Çünki gecə ilə aldığım məlumatla bu gün Sabirabadın Yenikənd kəndində qurulan bir toy mərasimi ləğv edilib. Ona görə ki, bu toyda əyləşən qızın heç 17 yaşı tamam olmayıb. Məni bilirəm ki, indi bizi izləyirlər. Qulağıma bir-iki söz çatır. Mən axı dedim ki, darvazanın o biri tərəfində bizim əməkdaşlarımız var. O…

Read More
Hadisə 

Qətlə yetirilən 35 yaşlı Hafizənin – Fotosu

Xəbər verdiyimiz kimi, mayın 13-ü Tərtərin Poladlı kəndində 35 yaşlı Hafizə Rzayeva qayınatası 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. “Qafqazinfo”nun məlumatına görə, hadisənin qısqanclıq zəminində törədilməsi ehtimal edilir. Hadisə şahidlərinin sözlərinə görə, qətli törətməkdə şübhəli bilinən Ş. Hüseynov səhər saatlarında təkidlə oğlunun işə getməsini tələb edib. Bir müddətdən sonra isə oğluna zəng edərək törətdiyi hadisə barədə məlumat verib. Qətlə yetirilən qadının yaxın müddətə qədər Ağdam-Bərdə yolu kənarında olan ticarət mərkəzində satıcı işlədiyi bildirilir. O, bir neçə gün öncə ailəsinin təkidi ilə işdən çıxıbmış. Faktla bağlı rayon prokurorluğunda Cinayət…

Read More
Hadisə 

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Mayın 14-də ölkə ərazisində qeydə alınan 89 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 125, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqədar 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Read More
Hadisə 

12 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Mayın 14-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 8,2 kiloqrama yaxın marixuana, 3 kiloqrama yaxın metamfetamin olub. “Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, – deyə məlumatda bildirilir.

Read More