Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Vəkildən alimentlə bağlı SƏRT SÖZLƏR: “Uşaqlar aclıqdan ölə bilər”

By Vüsal Rafiqoğlu
20.05.2026 3 Min Read

“Yerli icra hakimiyyətləri ilə işləyirik, amma əməkdaşlıq çox çətindir. Hər il məişət zorakılığı ilə bağlı sorğular, hesabatlar alırıq. Bizə rayonlardan verilən statistikaya baxıram. Rayonlar var ki, aliment ödəməyən kişilərin sayını sıfır göstərib. Demək ki, heç məsələ ilə maraqlanmayıblar”.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin ötən gün keçirilən iclasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

“İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb. Elə bir rayon varmı ki, orada aliment ödəməyən valideyn olmasın? Belə bir şey yoxdur”, – o bildirib.

Məsələyə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova da münasibət bildirib. O qeyd edib ki, rayon rəhbərliyi problemli ailələri hamıdan yaxşı tanımalıdır:

“Onlar artıq hamı tərəfindən tanınmış ailələrdir. Bu ailələr ayrı-ayrı qurumların nəzarətində olmalıdır. Hansısa ciddi problem olanda təcili formada yardım təşkil olunur. Biz gözləməli deyilik ki, ciddi faciə baş versin və sonra onunla məşğul olmağa başlayaq. Bunu hansısa bir qurumun üzərinə atmaq mümkün deyil. Burada hamımızın fəaliyyəti olmalıdır”.

Bəs rayonlardan təqdim olunan statistika reallığı əks etdirirmi? Yerli icra hakimiyyətləri və digər qurumlar problemli ailələrin müəyyənləşdirilməsi və nəzarətində üzərlərinə düşən vəzifəni nə dərəcədə yerinə yetirirlər? Alimentin ödənilməməsi və məişət zorakılığı halları ilə bağlı hesabatlarda uyğunsuzluqlar niyə yaranır?

RAMİL SON.jpg (87 KB)

Vəkil Ramil Süleymanov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:

“ “İcra” deyiləndə söhbət həm icra hakimiyyətindən, həm də icra-probasiya xidmətindən gedirsə, hər ikisinin fəaliyyətində kifayət qədər qüsurlar var. İcra hakimiyyətləri artıq sistemin çürümüş bir parçasıdır və mən hüquqşünas kimi düşünürəm ki, icra hakimiyyətləri idarəetmə modeli olaraq artıq qəbul edilmir. Bu, sovet ənənələrindən qalmış bir idarəetmə institutudur və mütləq şəkildə ləğv olunmalıdır. Səlahiyyətlər ya böyük şəhər bələdiyyələrinə ötürülməli, yaxud da tamamilə prezident nümayəndəliyi formatına keçirilməlidir. Eyni zamanda icra hakimiyyətlərində idarəetmə metodları dəyişmədiyinə görə məişət zorakılığından mühafizə orderlərinin alınması ilə bağlı araşdırma qaydaları və metodları da dəyişmir. Nəticə etibarilə, icra hakimiyyətləri tərəfindən məişət zorakılığı üzrə mühafizə orderlərinin verilməsi bəzi hallarda tərəflərin – istər qurbanların, istərsə də aqressorların – hüquqlarının pozulması ilə nəticələnir”.

Müsahibimiz vurğulayıb ki, alimentlərlə bağlı məsələ acınacaqlıdır:

“Məhkəmə qərarları çıxarıldıqdan sonra alimentlərin borclular tərəfindən icra edilməsi ciddi problemlərlə müşahidə olunur. Bu niyə baş verir? İnsanların kifayət qədər məşğulluğu yoxdur, sosial və iqtisadi problemləri var, ciddi şəkildə işsizlikdən əziyyət çəkirlər. Amma bəzi insanlar da var ki, onlar alimenti uşaqlarına ödəyirmiş kimi yox, keçmiş həyat yoldaşlarına acıq vermək məqsədilə ödəmirlər və ödəməkdə maraqlı olmurlar. Bu da məsələnin bir tərəfidir. Digər tərəfdən, icra məmurlarının iş prinsiplərində də müəyyən dəyişikliklərə ehtiyac var. Onlar bir çox hallarda məsələyə sırf prosedural yanaşırlar. Sadəcə düşünürlər ki, qanunvericiliyin nəzərdə tutduğu addımları atıb, arayış və hesabat yazmaqla missiyalarını başa vurublar. Amma nəzərə almırlar ki, ödənişin edilməməsi evdə ac qalan körpə uşaqlar ölə bilər. Ona görə də “İcra haqqında” Azərbaycan Respublikası qanununa mütləq şəkildə əlavələr edilməlidir ki, icra məmurları tərəfindən məcburi əməyə cəlb olunma mexanizmləri tətbiq edilsin. Burada əsas məsələ də odur ki, bir çox hallarda icra məmurları düşünürlər ki, şəxsi inzibati qaydada həbs etməklə və ya onun barəsində cinayət işi başlamaqla evdə ac olan uşaqların qarnı doyacaq. Bu qətiyyən yol verilməzdir. Eyni zamanda, çox təəssüf edirəm ki, Milli Məclisin Ailə və uşaq məsələləri komitəsi sadəcə gileylənməklə missiyalarını yekunlaşdırır. Gileylənmək olmaz. Konkret olaraq hökuməti, o cümlədən baş naziri dəvət edib məhz bu məsələ ilə bağlı hesabat tələb etmək lazımdır. Əgər baş nazirin verdiyi cavablar tələb olunan hesabatla uyğun gəlmirsə, bununla bağlı konstitusion tədbirlər görülməlidir. Konstitusiyada bununla bağlı müəyyən prosedurlar var, onları dəqiq baxıb söyləmək lazımdır, hazırda isə o imkandan məhrumam.
Amma Milli Məclisin Baş nazirin hesabatını qəbul etməmək səlahiyyəti var və ailə, uşaq və qadın problemləri ilə məşğul olan qurumlar konkret tədbirlər planı hazırlayıb hökumətə təqdim edə, yaxud müştərək qaydada təkliflər paketi hazırlaya bilərlər. Məsələ bundan ibarətdir ki, əgər Milli Məclis özü də sadəcə gileylənirsə, deməli, mənzərə kifayət qədər aydındır”.

Afaq Mirayiq,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Emin Əmrullayev Könül Abaslını işdən çıxardı – FOTO

Next

Tikinti bazarında bu materiallar BAHALAŞDI

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv