Hadisə 

SON DƏQİQƏ! Azərbaycanda yaşayış binasında partlayış – Ölən və xəsarət alan var

Gəncə şəhərində yaşayış binasında partlayış baş verib. Hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən binaların birində qeydə alınıb. Yaşayış binasında mənzillərin birində baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.  (Report)

Read More
Hadisə 

Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb

Vətəndaşların bank kartlarından mayın 10-da və 11-də 13 min manatdan çox pul oğurlanıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir: “Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar”. Məlumatda qeyd olunub ki, mayın 10-da və 11-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11000, 750, 430, 403, 200, 100, 72,…

Read More
Hadisə 

Sabunçuda meyit aşkarlandı

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 10 m² olan köməkçi tikilinin içərisində məişət və taxta tullantıları yanıb. Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More
Hadisə 

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboy rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə rayonun Tatarlı kəndində qeydə alınıb. Kənd sakinləri – 51 yaşlı Arzu Cabbarova məxsus 12 baş, 67 yaşlı Rafiq Ələsgərova məxsus 52 baş mal-qara zəhərlənərək tələf olub. İlkin ehtimallara görə, zəhərlənməyə səbəb fermada təmizlik məqsədilə istifadə olunan kimyəvi maddə olub. Hadisə ilə bağlı müvafiq qurumlar araşdırma aparır.//APA

Read More
Hadisə 

Beyləqanda körpənin ölüm səbəbi məlum olub

09.05.2025-ci il tarixində saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəfər azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. TƏBİB-dən  Musavat.com-a bildirilib ki, 2025-ci il təvəllüdlü azyaşlıya atrofik vəziyyət diaqnozu təyin edilib. Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 16:10-da azyaşlının ölüm faktı qeydə alınıb.

Read More
Hadisə 

Şabranda DƏHŞƏT: avtomobil ağaca çırpıldı – İKİ QARDAŞ ÖLDÜ

Şabran rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub. Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, hərəkətdə olan “VAZ-21015” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində Şabran rayonu Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər ölüblər. Hadisə ilə bağlı araşdırma aparılır./Report

Read More
Hadisə 

“Evi özüm yandırdım ki, arvadıma, oğluma qalmasın” – FOTO

Sumqayıtda 52-ci məhəllədə fərdi yaşayış evində yanğın baş verib. Yanğın nəticəsində altıotaqlı evin 1-ci mərtəbəsində 4 ədəd soyuducu, ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və taxta materiallar yanıb. Ev sahibi Zakir Qasımovun sözlərinə görə, evi özü yandırıb: “İstəmirəm ki, ev arvadıma, oğluma qalsın. 10 ildir ki, aramızda söz-söhbət var”. (baku.tv) *** Sumqayıt şəhərinin Qurd dərəsi adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunaraq yanğını qısa müddətdə söndürüblər və alovun yaxınlıqdakı tikililərə keçməsinə…

Read More
Hadisə 

Tərtərdə avtomobillər toqquşdu – 4 nəfər xəsarət aldı

Tərtərdə ağır yol nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində olub. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıdan gələn “Toyota” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes”də olan Tərtər rayon Cəmilli kənd sakinləri 1961-ci il təvəllüdlü Şabanov Eldar Əli oğlu, 1986-cı il təvəllüdlü Şahbazov Elməddin Eldəniz oğlu, 1963-cü il təvəllüdlü Şabanov Elxan Əli oğlu və onların həmkəndliləri “Toyota” markalı avtomobildə olan 1955-ci il təvəllüdlü Əliaslanov Məzahir Şəkəralı oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım maşını ilə Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma…

Read More
Hadisə 

Bərdəyə toya gələn 15 yaşlı Ağdam sakini çayda BOĞULDU

Tərtər çayında batan yeniyetmənin meyiti FHN-nın dalğıcları tərəfindən aşkar edilərək sudan çıxarılıb. ARANTV.AZ  xəbər verir ki, meyit aidiyyəti üzrə təhvil verilib. *** Bərdədə yeniyetmə çayda boğulub. Ağdam rayon sakini 15 yaşlı Əli Fərəcov Tərtər çayda boğulub. Onun Ağdamdan Bərdəyə toy mərasiminə getdiyi deyilir. Hadisənin baş vermə səbəbləri yerli hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Qeyd edək ki, toy mərasimi keçirilən şadlıq sarayı hadisə baş verən çayın sahilində yerləşir.//APA

Read More