Hadisə 

Ağdamda qadını ilan SANCDI

Ağdamda qadını ilan sancıb. Hadisə rayonun İmamqulubəyli kəndində baş verib. Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü Quliyeva Naibə Mönsum qızını yaşadığı evin həyətində zəhərli ilan sancıb. O, Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan əldə olunan məlumata görə, yaralının vəziyyətində dəyişikliklər olmasa o Paytaxtda yerləşən taksologiya mərkəzinə köçürülə bilər.//APA

Read More
Hadisə 

Bərdədə 15 yaşlı oğlan Tərtər çayında boğulub Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.

ARANTV.AZ xəbər verir ki, “Report”un Qarabağ bürosunun hadisə şahidlərindən əldə etdiyi məlumata görə, Ağdam rayon sakini – 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub. Hələ ki onun hansı şəraitdə çaya düşdüyü məlum deyil. İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayının sahilinə yaxın şadlıq saraylarından birində toyda olub.

Read More
Hadisə 

Qax sakini Lerikdə şəlalədən yıxıldı – VİDEOYENİLƏNİ

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Lerik rayonunun Sivəkəran kəndi ərazisində bir nəfərin dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirlikdən Musavat.com-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meşəlik ərazidə gəzintidə olan şəxs piyadalar üçün nəzərdə tutulmuş körpüdən dərəyə yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb. Xilasedicilər bədən xəsarətləri alan 62 yaşlı E.Abbasovaya müvafiq köməklik göstərərək dərədən təxliyə edib və təcili tibbi yardım briqadasına təhvil veriblər. *** Lerikə…

Read More
Hadisə 

Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul kiber üsulla oğurlanıb

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır: “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 5000, 1010, 1000, 880, 849, 744, 660, 600, 200, 160, 125, 73, 50, 42 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici…

Read More
Hadisə 

Əhməd Məmmədli həbs olundu

Bakıda baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədli həbs olunub. Bu gün Binəqədi rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb. Məhkəmə Əhməd Məmmədli barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Qeyd edək ki, Əhməd Məmmədlinin Biləcəridə baş verən insidentlə bağlı saxlanıldığı bildirilir. Məlumata görə, mayın 6-da1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib…

Read More
Hadisə 

SON DƏQİQƏ! DTX və DSX birgə əməliyyat keçirdi – Saxlanılan var

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti birgə əməliyyat keçirib. ARANTV.AZ  xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşı, 1991-ci il təvəllüdlü Əliyev Şəhriyar Vaqif oğlu müvafiq xarici ölkədə yaşayan şəxslə cinayət əlaqəsinə girərək, qaçaqmalçılıq yolu ilə Azərbaycana satış məqsədilə gətiriləcək külli miqdarda narkotik vasitə sayılan qurudulmuş marixuananı Beyləqan rayonu ərazisində əldə etdikdən sonra Bakı şəhərinə apararaq gizlədəcəyi barədə əvvəlcədən razılığa gəlib. Bundan sonra Şəhriyar Əliyev qarşılıqlı razılığa uyğun olaraq, həmin narkotik vasitəni Beyləqan rayonunun Əhmədli kəndi ərazisində gizlədilmiş yerdən götürərək Bakı şəhərinə aparmaq məqsədilə avtomobilinə daşıyarkən Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət…

Read More
Hadisə 

Astarada 16 yaşlı qızın ölümünün əsl SƏBƏBİ məlum olub

Beynində daşıdığı milyonda bir rast gəlinən virus 16 yaşlı Astara sakini Gülnarə Əlizadənin həyatına son qoyub. Təqribən 2 ay əvvəl dərs vaxtı onun səhhətində problem yaranıb. Həkimlər tərəfindən görülən tədbirlərə baxmayaraq, qızın həyatını xilas etmək mümkün olmayıb. Mütəxəssislər bildirirlər ki, yeniyetmənin ölümünə səbəb baş və beyində yaranan iltihabdır. “Kəskin disseminəedici ensefalomiyelit baş və onurğa beyin iltihabı xəstəliyidir. İmmun sisteminə olan təsir nəticəsində beyində olan iltihab və buna bağlı zədə formalaşır. Hər hansı bakterial yoluxma və virus nəticəsində yarana bilər. Əsasən qış və yaz aylarında təsadüf olunur. İnfeksiyadan 2 həftə sonra…

Read More
Hadisə 

Faciəli şəkildə ölən şəxs sabiq məmur imiş – VİDEO

Lənkəranın Vələdi kəndində bədbəxt hadisə baş verib. 66 yaşlı Əzizağa Ağayev balıq tutarkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Onun qohumu Aqil Rzayev hadisə ilə bağlı Baku TV-yə danışıb. “Balıq tutmağa getmişdi, bir də eşitdik ki, elektrik vurması səbəbindən dünyasını dəyişib. Çox gözəl insan idi”, – deyə Aqil Rzayev bildirib. Qeyd edək ki, Əzizağa Ağayev uzun müddət Lənkəranda yüksək vəzifədə çalışıb. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More