Hadisə 

Bank kartlarından 30 min manatdan çox vəsait oğurlandı

Vətəndaşların bank kartlarından mayın 7-də 30 min manatdan çox pul oğurlanıb.  Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda gələn hər zəngə və mesaja qarşı diqqətli olmaq, bank kartı məlumatlarını paylaşmamaq tövsiyə olunub: “Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar”. Məlumatda qeyd edilib ki, mayın 7-də ayrı-ayrı vətəndaşların müxtəlif…

Read More
Hadisə 

Vəkil olmaq istəyirmiş… – VİDEO

Xəbər verdiyimiz kimi, Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizadə beyin iltihabı diaqnozu ilə Bakıdakı xəstəxanaların birində vəfat edib. Təxminən bir ay əvvəl səhhətində problem yaranan 10-cu sinif şagirdinin həyatını xilas etmək mümkün olmayıb. Yaxınları bildirir ki, onun ən böyük arzusu vəkil olmaq imiş. Bu məqsədinə çatmaq üçün çox çalışırmış. O, fənn olimpiadalarında yüksək göstəricilər əldə edibmiş. Mərhum 2023-2024-cü təhsil ili üçün keçirilən buraxılış imtahanlarında yüksək nəticə topladığı üçün fərqlənmə attestatına layiq görülübmüş. Ətraflı İTV-nin süjetində:

Read More
Hadisə 

Bakıda yaşayış binası yanır

Bakıda yaşayış binasında yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar xəttinə Yasamal rayonu, Əcəmi Naxçivani küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xialetmə Xidmətinin qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək.

Read More
Hadisə 

6 ay əvvəl gəlin köçmüşdü,faciəli şəkildə dünyadan köçdü – FOTO

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakının Suraxanı rayonunda 19 yaşlı Şövqiyyə Baxşıyeva dəm qazından zəhərlənərək ölüb. Ş. Baxşıyeva 6 ay əvvəl ailə həyatı qurubmuş. O, Astara rayonunda dəfn olunub. Xatırladaq ki, hadisə mayın 1-i paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Ş.Baxşıyeva yaşadığı evin hamam otağında dəm qazından boğulub. Onun meyiti gecə saatlarında ailə üzvləri tərəfindən aşkar edilib.|Unikal

Read More
Hadisə 

Bakıda DƏHŞƏTLİ İNTİHAR: özünü 11-ci mərtəbədən atdı

Bakıda dəhşətli intihar hadisəsi olub. Hadisə səhər saat 7 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi V yaşayış sahəsində qeydə alınıb. Bakı şəhər sakini, 34 yaşlı Xəyal Salman oğlu Hüseynov yaşadığı binanın 11-ci mərtəbəsindən özünü atıb. Nəticədə aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. İntiharın səbəbi məlum deyil. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.   (Lent.az)

Read More
Hadisə 

Minik avtomobili “Kamaz”la toqquşdu – Ölən və xəsarət alanlar var

Bakıda minik avtomobil “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Hadisə mayın 3-də Qaradağ rayon ərazisində qeydə alınıb. 1989-cu il təvəllüdlü İsmayılov Elçin Rasif oğlunun idarə etdiyi “Toyota Pirus” markalı avtomobil ilə 1990-cı il təvəllüdlü Kəlpəliyev Anar Həmidağa oğlunun idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin toqquşub. Nəticədə “Toyota Prius” markalı avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü E.İsmayılov və həmin maşınında olan sərnişinlər 1990-cı il təvəllüdlü Mirzəyeva Mehriban Saday qızı, 1994-cü il təvəllüdlü Dəmirqayayev Coşqun İlham oğlu, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Sərxan oğlu, 1986-cı il təvəllüdlü Əliyev Xaliq Əhsən oğlu müxtəlif dərəcəli…

Read More
Hadisə 

Oğuzda bir neçə gün əvvəl yol qəzasında xəsarət alan sürücü ölüb

Oğuzda bir neçə gün əvvəl yol qəzasında xəsarət alan sürücü dünyasını dəyişib. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Kənan Rəhman oğlu Əzizov həkimlərin səyinə baxmayaraq, müalicə aldığı Oğuz Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. Xatırladaq ki, hadisə mayın 3-də Oğuz-Bayan avtomobil yolunun Bayan kəndindən keçən hissəsində baş verib. Belə ki, “Toyota Prius” markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində nəqliyyat vasitəsindəki sərnişin – 2000-ci il təvəllüdlü Oğuz rayon sakini Urfan Namiq oğlu Məcidov hadisə yerində ölüb. Sürücü, 1996-cı il təvəllüdlü Kənan Rəhman oğlu Əzizov isə ağır xəsarət alıb. Yaralı…

Read More