Hadisə 

Daha bir “Bolt” sürücüsü dələduzluğa görə həbs edildi

Bakıda “Bolt” sürücüsü dələduzluğa görə həbs edilib. Qaynarinfo xəbər verir ki, Şəhriyar adlı taksi sürücüsünün qurbanı xanım müştərisi olub. Şəhriyar müştərisinin heç yerdə işləmədiyini bildikdə ona “Qızıl Buta” ictimai-siyasi, analitik jurnalının əməkdaşını olduğunu bildirib. “Bolt” sürücüsü müştərisinə iş məsələsində kömək edəcəyinə inandıraraq ondan 6500 manat pul alıb. Lakin Şəhriyar vədini yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb. Şəhriyar saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Əvvəlcə onun barəsində həbs qətimkan tədbiri seçilib. Bir ay sonra isə həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan…

Read More
Hadisə 

Özünü qatarın altına atan gənc FHN əməkdaşı imiş

Xəbər verdiyimiz kimi, mayın 4-nə keçən gecə saat 04 radələrində işdən kənar vaxtda Xaçmaz şəhər sakini 31 yaşlı Kənan Abdullayev qatarın altında qalaraq ölüb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ilkin araşdırmalarla K.Abdullayevin intihar etdiyi müəyyən edilib. Bildirilib ki, son vaxtlarda onun internet oyunlarında iştirak səbəbindən xeyli borcu yaranıbmış. “Unikal” isə Kənan Abdullayevin FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olduğunu yazıb. O, ailəli və 1 uşaq atası imiş. Faktla bağlı araşdırmalar davam etdirilir.

Read More
Hadisə 

Şəhid atası meşədə İTKİN DÜŞDÜ

Şəhid atası meşədə itkin düşüb. Hadisə Daşkəsən rayon Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü şəhid atası Kamil Mahmud oğlu Abdullayev dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, evə qayıtmayıb. Hazırda onun axtarışları davam etdirilir. / Teleqraf

Read More
Hadisə 

Zaqatalada maşın ağaca çırpıldı- Ölən var

Zaqatala rayonunun Muğanlı kəndində yol-nəqliyyat hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə qəzanın baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Read More
Hadisə 

Azərbaycanda FACİƏ: 18 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra öldü

Azərbaycanda qeysəriyyə əməliyyatı olunan qadın ölüb. Lent.az-ın əldə etdiyi məlumata görə, 18 yaşlı Kürdəmir rayon sakini Tahirə Hüseynova aprelin 26-da Sumqayıt Tibb Mərkəzində qeysərriyə əməliyyatı olunub. Əməliyyatdan sonra gənc qadının halı pisləşib və o, Bakıdakı Mərkəzi Kiliniki Xəstəxanaya gətirilib. Lakin burada görülən tədbirlərə baxmayaraq, mayın 1-də orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

DSX Xəzərdə əməliyyat keçirdi, bir nəfər zərərsizləşdirildi – VİDEO

Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun qarşısı alınıb. Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, may ayının 1-də saat 21:55-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Salyan reydi istiqamətində sahildən 0.3 mil məsafədə sürətlə hərəkət edən 1 (bir) ədəd naməlum üzmə vasitəsi müşahidə edilib. Aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılmış, sahil nəzarəti bölmələri məlumatlandırılaraq sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülüb.…

Read More
Hadisə 

Bakıda qadın sürücünün vurduğu 72 yaşlı kişi 3 gün sonra ölüb

Bakıda avtomobilin vurduğu 72 yaşlı kişi ölüb. “Report” xəbər verir ki, hadisə Yasamal rayonu, Nərimanov heykəlinin yanında qeydə alınıb. Aprelin 28-də 1979-cu il təvəllüdlü Sevinc Həsənova idarə etdiyi “Nissan Note” markalı avtomobillə piyada 1953-cü il təvəllüdlü Əbdülbaği Həsənovu vurub. Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 72 yaşlı kişi ötən gün xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Read More
Hadisə 

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Mayın 1-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Read More
Hadisə 

Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü

Bakının Səbail rayonunda yerləşən 239 nömrəli məktəbin 7-ci sinif şagirdi Y.Talıbov dərs zamanı sinif yoldaşı tərəfindən döyülüb. Nəticədə onun qolu sınıb, sol biləyindən və sağ baldırından zədə alıb. Şagirdə 15 saylı poliklinikada tibbi yardım göstərilib. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları faktla bağlı məktəbdə olublar. Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır. Məsələ ilə bağlı 239 nömrəli məktəbdən bildirilib ki, aprelin 30-da dərsdən öncə (saat 07:40-da) təhsil müəssisəsinin 7-ci sinfinin iki şagirdi arasında münaqişə yaranıb: “Lakin uşaqlar bu haqda müəllimlərə və məktəb rəhbərliyinə…

Read More