Hadisə 

Bakıda ŞOK! Məktəblini oğurlamaq istədilər: “Əllərində dəsmal vardı, məni…”

Bu gün səhər saatlarında Xırdalan şəhərində yerləşən 1 nömrəli məktəbdə qorxulu hadisə baş verib. Bu barədə Musavat.com-a valideyn məlumat verib. Onun sözlərinə  görə, dərsdən çıxan 13 yaşlı oğlunu naməlum şəxs oğurlamağa cəhd edib. Valideyn bildirib ki,  hadisə səhər saatlarında məktəbin yaxınlığında baş verib. Uşaq dərsdən çıxıb evə gedərkən bir avtomobil ona yaxınlaşıb. Avtomobildə olan şəxs onu zorla maşına mindirməyə çalışıb. Lakin yeniyetmə çevik tərpənərək təcavüzkarın əlindən qaçıb. “Uşağım dedi ki, əllərində dəsmal kimi bir şey vardı, məni tutub maşına soxmaq istəyirdi. Mənə müqavimət göstərdi, təpik vurub qaçıb,” – deyə ana bildirib. O…

Read More
Hadisə 

DİN: Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Qismət Salahov saxlanılıb. DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, həmin şəxsə məxsus istixanaya keçirilən baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 230 ədəd çətənə kolu aşkarlanıb. Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər əməliyyat zamanı Qurban Cəfərov, Anar Zamanov və Şahin Hüseynov da saxlanılıblar. Həmin şəxslərin yaşadıqları ünvanlardan isə ümumilikdə 53 ədəd çətənə kolu və narkotik vasitə marixuana aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Masallıda OLAY – iki qız şagird digər qız şagirdi DÖYDÜ

Masallıda şagirdlər arasında insident yaşanıb. Hadisə rayonun Şərəfə kənd məktəbində baş verib. Belə ki, həmin məktəbdə təhsil alan şagirdlər (qızlar), Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü məktəblini döyərək, onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər. Xəsarət alan şəxs dərhal rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Xəstəxanadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Masallı Rayon Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü şəxs (qadın cinsli) Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Sol bud və kürək nahiyəsinin əziyi diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.…

Read More
Hadisə 

Masallıda məktəbli qızlar arasında dava

Masallıda şagirdlər arasında insident yaşanıb. Hadisə rayonun Şərəfə kənd məktəbində baş verib. Belə ki, həmin məktəbdə təhsil alan şagirdlər (qızlar), Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü məktəblini döyərək, onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər. Xəsarət alan şəxs dərhal rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Xəstəxanadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Masallı Rayon Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü şəxs (qadın cinsli) Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Sol bud və kürək nahiyəsinin əziyi diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.…

Read More
Hadisə 

Daha bir uşaq ölümü – Bu dəfə Şəmkirdə

Şəmkirdə azyaşlı dərmandan zəhərlənib. Hadisə Mahmudlu kəndində qeydə alınıb. 2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, azyaşlı xəstəxanada ölüb. Məlumata görə, azyaşlı evdə nəzarətiz qalan zaman dərman içib. Faktla bağlı araşdırma aparılır./apa

Read More
Hadisə 

İtkin qızlar tapıldı, acı hekayə isə bitmədi – yeni detallar

Bu insidentdə ən böyük günahkar kimdir: valideyn, sürücü, yoxsa? – sosioloqdan çağırış Ötən həftə ictimaiyyəti narahat edən Maştağadakı itkin düşmüş iki yeniyetmə qızın – 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızının və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızının tapılması xəbəri rəsmən təsdiqləndi. Onlar artıq “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib və ilkin tibbi və psixoloji yardımla təmin olunublar. Bu barədə birliyin sədri Kəmalə Ağazadə məlumat verib. İlkin araşdırmalara əsasən, qızların bir taksi sürücüsü tərəfindən evində gizlədildiyi məlum olub. 10 gün sonra tapılan Aygünün anası Aksana Hüseynova qızların…

Read More
Hadisə 

Məzahir Sultanovun 23 yaşlı oğlu qəfil VƏFAT ETDİ

Uzun illər Bakı Dövlət Universitetində (BDU) rektorun müşaviri işləmiş Məzahir Sultanovun oğlu vəfat edib. Bu barədə onun yaxınları bildiriblər. Məlumata görə, M.Sultanovun 23 yaşlı oğlu Əlif ötən gün qəfil dünyasını dəyişib. Hadisənin təfərrüatı barədə məlumat verilməyib. Qeyd edək ki, Məzahir Sultanov 21 il BDU-da rəhbər vəzifələrdə çalışıb və təhsil müəssisəsinin maliyyə sisteminə nəzarət edib. O, 2019-cu ildə BDU-ya yeni təyin edilmiş rektor Elçin Babayevin Əmri ilə vəzifəsindən azad olunub.  (Qafqazinfo)

Read More
Hadisə 

Vətəndaşların kartlarından 12 min manatdan çox pul oğurlandı

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 28-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3514, 1500, 1200, 1100, 1000, 930, 786, 743, 640, 393, 240, 200, 83 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. “Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici…

Read More