Abşeronda 1 aylıq körpə evdə öldü
Abşeronda 1 aylıq körpə evdə ölüb. Saray qəsəbə sakini, 24.03.2025-ci il təvəllüdlü İnci Quliyeva yaşadığı evdə ölüb. Körpənin ölüm səbəbləri araşdırılır.//Report
Read MoreAbşeronda 1 aylıq körpə evdə ölüb. Saray qəsəbə sakini, 24.03.2025-ci il təvəllüdlü İnci Quliyeva yaşadığı evdə ölüb. Körpənin ölüm səbəbləri araşdırılır.//Report
Read MoreBakıda ofisant xanımı qısqanan müştərilər arasında dava düşüb. Hadisə Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən “Beer Coin Pub” adlı restoranda baş verib. Bir ildir 8-ci kilometr bazarında meyvə satışı ilə məşğul olan 1996-cı il təvvəllüdlü Muxtar T. “Beer Coin Pub” adlı restoranda 6 bakal pivə içib. Muxtarın restoranda ona xidmət göstərən C.D. adlı ofisant xanımdan xoşu gəlməyə başlayıb. Həmin vaxt restoranda müştəri qismində yeyib-içən Samir adlı şəxs isə ofisantla söhbət etməyə başlayıb. Muxtar xanımı qısqandığından Samirə zor tətbiq edərək, bir neçə dəfə yumruqla sifət nahiyəsinə vurub. Hadisədən sonra…
Read MoreDövlət Sərhəd Xidmətinin (DSX) kiçik giziri Rəhim Novruzovun intiharının təfərrüatları məlum olub. Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə aprelin 28-də onun xidmət etdiyi Cəbrayıl rayonu ərazisində kirayə yaşadığı evdə baş verib. Lakin intihar hələlik ilkin ehtimaldır. Təsdiqlənməmiş digər versiyaya görə, R.Novruzov dəm qazından boğularaq ölüb. Məlumata görə, R.Novruzov əslən Kürdəmir rayonunun Çöhranlı kəndindəndir. O, 1997-ci ildə Çöhranlıda anadan olub. Ailədə üç qardaş, iki bacıdırlar. R.Novruzov doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra imtahanla Türkiyə universitetlərindən birinə qəbul olunub və bir il orada təhsil alıb. Amma ailənin imkansızlığına görə təhsilini davam etdirə…
Read MoreQazax rayonunun Qızılhacılı kəndi ərazisində mina partlayıb, xəsarət alan var. Bu barədə Musavat.com-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Read MoreDövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik gizir Rəhim Zeynal oğlu Novruzov yaşadığı mənzildə intihar edib. ARANTV.AZ xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, ilkin olaraq hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir. Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.
Read MoreBakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə “Respublika Perinatal Mərkəzi” PHŞ-də baş vermiş yanğınla bağlı cinayət işi üzrə araşdırmalar davam edir. Musavat.com-un xəbərinə görə, hakim qarşısına mərkəzin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli çıxarılıblar. Prosesdə zərərçəkmiş şəxslərdən Elşən Nəcəfov ifadə verib. Deyib ki, PHŞ-də mühafizə polisi işləyib, orada yanğın baş verərkən işdə olub. “Yanğına ilk müdaxilə edənlərdən biri mən olmuşam. Gecə 03:20-də Gülbahar xanım məni yuxarı çağırdı. 4-cü mərtəbəyə qalxanda küvəzin üstünün yandığını gördüm. Yanğın təxminən…
Read MoreTürkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Mədən Tədqiqat və Axtarış Ümumi Müdirliyi (MTA) tərəfindən yenilənən Zəlzələ Təhlükəsi və Aktiv Fay Xəritələri əsasında ölkədə zəlzələ riski ən aşağı olan 20 şəhər müəyyən edilib. Siyahıda ilk yerləri Sinop, Artvin və Rize şəhərləri yer alır. Səlahiyyətlilər riskin aşağı olmasına baxmayaraq, bütün vətəndaşlara zəlzələyə hazır olmaları ilə bağlı çağırış ediblər. Yenilənmiş xəritəyə əsasən, siyahıda Qara dəniz və İç Anadolu bölgələrində yerləşən şəhərlər üstünlük təşkil edir. Böyük şəhərlərdən uzaq, əsas fay xətlərindən nisbətən qorunan bu bölgələr həm mövcud tikili vəziyyəti, həm də coğrafi mövqeləri baxımından…
Read MoreSumqayıtda 54 yaşlı kişinin meyiti aşkarlanıb. “Report”un yerli bürosu məlumat verir ki,hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb. 1971-ci il təvəllüdlü Həsən Xıdır oğlu Şahgəldiyevin meyiti yaşadığı evdə aşkarlanıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Read MoreAprelin 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar. Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun…
Read MoreBu gün Bakıda Böyük Şor bulvarında külək uşaqların olduğu hava doldurulmuş attraksionu aşıraraq yola atıb. TƏBİB-dən APA-ya verilən xəbərə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 27.04.2025-ci il tarixində saat 15:07-də Böyük Şor bulvarı ərazisindən uşaqların yıxılaraq xəsarət alması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan şəxslər yerində tapılmayıb.
Read More