Hadisə 

TƏBİB: Böyük Şor bulvarında xəsarət alan şəxslər yerində tapılmayıb

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 27.04.2025-ci il tarixində saat 15:07-də Böyük Şor bulvarı ərazisindən uşaqların yıxılaraq xəsarət alması səbəbilə çağırış daxil olub. Bu barədə Musavat.com-a TƏBİB-dən bildirilib. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan şəxslər yerində tapılmayıb.

Read More
Hadisə 

Yolu keçən tələbələri maşın vurdu: Vəziyyətləri AĞIRDIR

Naxçıvan şəhərində ağır yol qəzası baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, KIA markalı avtomobil yolu qarşı tərəfə keçən 2006-cı il təvəllüdlü Amin İntiqam oğlu Allahverdiyev və Zaur Fizuli oğlu Məhərrəmovu vurub. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətləri orta-ağırdır. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, onların Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir./Report

Read More
Hadisə 

Bakıda sürücülər arasında DAVA: Bir nəfər ürəyindən bıçaqlandıVİDEO

Paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb. Məlumata görə, 1973-cü il təvəllüdlü Səlim Əliyevlə taksi sürücüsü, 1978-ci il təvəllüdlü Maksim Əhmədov arasında mübahisə baş verib. Dava zamanı M.Əhmədov S.Əliyevə ürək nahiyəsindən bıçaqla xəsarət yetirib. Bıçaqlanan şəxs hadisə yerində dünyasını dəyişib. Şahidlərin sözlərinə görə, sürücülər arasında yol üstündə mübahisə düşüb. “Bir-birilərinə yol verməyiblər, söyüş söyüblər. Sonra bıçaqlanma hadisəsi baş verib”, – deyə hadisə şahidi bildirib. Ətraflı Baku TV-nin süjetində:

Read More
Hadisə 

Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı- Xəsarət alanlar var

Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, nəticədə mikroavtobusdakı sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya çatdırılıb. Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb. Xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol- nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

Read More
Hadisə 

Özünü asıb öldürmək istədi – Kəndir qırıldı

Mingəçevirdə qadın intihara cəhd edib. Hadisə Günəşli bağlar yaşayış massivi ərazisindəki evdə baş verib. Belə ki, özünü asaraq öldürmək istəyən 1994-cü il təvəllüdlü Hüseynova Aygün Əhməd qızı kəndirin qırılması nəticəsində sağ qalıb. Təcili xəstəxanaya çatdırılan qadının durumu tibbi müdaxilə nəticəsində stabilləşib. İntihara cəhdin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır./unikal

Read More
Hadisə 

29 yaşlı fəhlə işlədiyi evdə intihar etdi

Paytaxtın Pirallahı rayonunda intihar hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 19 radələrində Dübəndi bağlar sahəsində yerləşən evdə qeydə alınıb. Həmin evdə fəhlə işləyən Füzuli rayon sakini 1996-cı il təvəllüdlü Səxavət Həsənli özünü asaraq həyatına son qoyub. Hadisənin səbəbləri hələlik bilinmir. Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

Qəzada həlak olan tanınmış müəllim imiş – FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi müəyyənləşib. Qəza nəticəsində ölənlərdən biri 197 saylı tam orta məktəbin informatika müəlliməsi Vəsfiyyə Məlikovadır. Qeyd edək ki, Lökbatan-Puta yolunda Ramin Məlikovun idarə etdiyi “Lada Priora” və Sultan Sultanlının sürdüyü “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərdə olan sərnişinlərdən Məlikova Vəsfiyyə Yasin qızı və Rüstəmov Hacıalı Adil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb. Hər iki sürücü və digər sərnişinlər – Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və…

Read More
Hadisə 

Bakıdakı ağır qəzada ölənlərin və yaralananların KİMLİYİ BİLİNDİ

Ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi müəyyənləşib. Lökbatan-Puta yolunda Ramin Məlikovun idarə etdiyi “Lada Priora” və Sultan Sultanlının sürdüyü “Hyundai” markalı avtomobillərin toqquşduğu məlum olub. Nəticədə avtomobillərdə olan sərnişinlərdən Məlikova Vəsfiyyə Yasin qızı və Rüstəmov Hacıalı Adil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb. Hər iki sürücü və digər sərnişinlər – Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma…

Read More