Hadisə 

Zaqatalada oruc tutmağa hazırlaşan qadın QƏFİL ÖLDÜ

Zaqatalada 35 yaşlı qadın qəfil ölüb. ARANTV.AZ  Lent.az-a istinadən məlumat verir ki, hadisə bu gün səhər saatlarında, imsak vaxtı baş verib. Çökək kənd sakini, 35 yaşlı Rəvanə Qədirova oruc tutmağa hazırlaşanda səhhəti qəfil pisləşib. Beyin qan dövranının kəskin pozulması əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadın tibbi müdaxilələrə baxmayaraq, orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Bakıda 10-cu sinif şagirdlərini döyən müəllimə şiddətli töhmət verilib – ANBAAN GÖRÜNTÜ

Bakı şəhəri 254 nömrəli tam orta məktəbin idman müəlliminin şagirdlərə qarşı fiziki təzyiqi ilə bağlı araşdırma aparılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, araşdırma nəticəsində məktəbin fiziki tərbiyə müəlliminə təhsilverənlərin etik davranış qaydalarına əməl etmədiyi üçün sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. *** Paytaxtın Xətai rayonunda yerləşən 254 nömrəli Tam Orta Məktəbdə müəllimin şagirdlərinə qarşı fiziki şiddət göstərdiyi iddia olunur. Bildirilib ki, həmin məktəbdə fiziki tərbiyə fənnini tədris edən müəllim Səməndər Allahverdiyev şagirdləri döyərək təhqir edib: “Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq məktəb uşaqlarını təhqir edir, alçaldır və uşaqları vurur. Görüntülərdəki…

Read More
Hadisə 

“BakuBus”dan sürücü və sərnişinin davası ilə bağlı AÇIQLAMA

Ötən gün axşam saatlarında Bakıda sərnişin avtobusunun sürücüsü ilə sərnişin arasında dava ilə bağlı araşdırma aparılır. Bu barədə “BakuBus” MMC-nin Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib: “BakuBus” MMC-nin istismarında olan 30 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90-JY-759 dövlət qeydiyyat nişanlı avtobusda sürücü və sərnişin arasında baş verən insidentlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsasında dərhal daxili araşdırma aparılıb. Araşdırma zamanı videomüşahidə kameralarının görüntüləri əsasında müəyyən edilib ki, ictimai nəqliyyatdan istifadə qaydalarını kobud şəkildə pozaraq sərnişin orta qapıdan avtobusa daxil olmaq istəyərkən, nəqliyyat vasitəsini…

Read More
Hadisə 

Əlində qumbara partlayan 23 yaşlı gəncin barmaqları amputasiya olundu

Xocavənddə əlində qumbara partlayan şəxsin barmaqları amputasiya olunub. Bu barədə Musavat.com-a TƏBİB-dən məlumat verilib. Qeyd edilib ki, partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib. Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Read More
Hadisə 

31 yaşlı kişi faciəvi öldü

Ötən gün Bakıda 31 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb. Hadisə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8-ci korpus, 10 may küçəsində baş verib. Belə ki, Oğuz rayonu, Padar kəndinə qeydiyyatda olan Bəraət Babakişiyev hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

Astarada FACİƏ: Qəssabların davası QANLA BİTDİ – VİDEO

Astarada qəssablar arasında yaranan mübahisə qanla bitib. ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Şiyəkəran kəndində baş verib. 52 yaşlı Elsevər Tağıyevin 41 yaşlı Fərrux Axundovu bıçaqladığı bildirilir. “Qardaşım zəng edib dedi ki, iş yerimə gəl, məni vurublar. Gedəndə gördüm ki, qardaşım qan içindədir. 3-4 gün əvvəl həmin adamın gecə vaxtı bizim həyətdə qardaşımın pəncərəsinin yanında olduğunu görmüşdük. Soruşanda demişdi ki, telefonu yoxdur, saat-filan bilmir, ona görə gəlib”, − xəsarət alanın bacısı Mərcan Axundova hadisə barədə danışarkən söyləyib. Daha ətraflı Baku TV-nin videomaterialında:

Read More
Hadisə 

Rövşən Vəliyev həbsxanada vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev (Novruzoğlu) vəfat edib. O, dünən həbsxanada dünyasını dəyişib. Mərhum torpağa tapşırılıb. Qeyd edək ki, R.Vəliyev 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il azadlıqdan məhrum edilmişdi. Professor Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunmuşdu.//Qafqazinfo

Read More
Hadisə 

Azərbaycanda uşaq bağçası yandı – FOTO

Ucar rayonunda körpələr evi-uşaq bağcası yanıb. Hadisə gecə saatlarında rayonun Kücəkənd kənd körpələr evi-uşaq bağcasında baş verib. Belə ki, ümumi sahəsi 320 kvadratmetr və 10 otaqdan ibarət olan bağca tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə yerinə FHN-nin Ucar və Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülərək digər ərazilərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Fakt araşdırılır.

Read More